Modern.az

RİNN-də Rumıniya Prezidentinin müşaviri ilə görüş keçirildi - FOTO

RİNN-də Rumıniya Prezidentinin müşaviri ilə görüş keçirildi - FOTO

Aktual

19 İyun 2026, 14:55

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Rumıniya Prezidentinin xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marius-Qabriel Lazurka ilə görüşüb.

Modern.az xəbər verir ki, görüşdə iki ölkə arasında beynəlxalq nəqliyyat dəhlizləri və tranzit daşımalar, habelə rəqəmsallaşma sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. 

Nazir müavini Samir Məmmədov Orta Dəhlizin inkişafı və Zəngəzur dəhlizinin yaradılması məqsədilə görülən işlər barədə məlumat verib.

Görüşdə Orta Dəhliz marşrutlarının diversifikasiyasının gündəlikdə duran vacib məsələlərdən biri olduğu qeyd edilib. Bu xüsusda “Qara dəniz – Xəzər dənizi” Beynəlxalq Nəqliyyat Marşrutunun yaradılmasını və istismarını nəzərdə tutan Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan hökumətləri arasında Saziş layihəsinin önəminə toxunulub.

RİNN-də Rumıniya Prezidentinin müşaviri ilə görüş keçirildi - FOTO

RİNN-də Rumıniya Prezidentinin müşaviri ilə görüş keçirildi - FOTO

 

Sizə yeni x var
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi