Modern.az

ABŞ-da təyyarə qəzası: Yaralılar var

ABŞ-da təyyarə qəzası: Yaralılar var

19 Oktyabr 2021, 21:50

ABŞ-ın Texas ştatının Hyuston şəhərinin qərbində “McDonnell Douglas DC-9-87” markalı sərnişin təyyarəsi qəzaya uğrayıb.

 

Modern.az ABC telekanalına istinadən xəbər verir ki, qəza təyyarənin havaya qalxması zamanı baş verib.

 

Məlumata görə, təyyarə yerə düşdükdən sonra alovlanaraq parçalanıb.

 

172 nəfərlik təyyarənin göyərtəsində 21 nəfər olub, onlardan ikisi yaralanıb. Ekipaj üzvləri və sərnişinlər təyyarədən təxliyə edilib.

 

Qəzanın səbəbləri barədə məlumat verilməyib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?