Arxiv
22 Oktyabr 2021, 16:17 | AKTUAL
Saatlıda içməli su təchizatı yaxşılaşdırıldı

"Azərsu" ASC Prezident İlham Əliyevin təsdiqlədiyi "Regionların Sosial-İqtisadi İnkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq, daxili imkanları hesabına Saatlı rayonunun Nərimanov kəndi və 101 ailənin məskunlaşdığı məcburi köçkün qəsəbəsinin içməli su təchizatını yaxşılaşdırıb.

 

Modern.az bu barədə quruma istinadən xəbər verir.

 

Məlumata görə, yeni su təchizatı sistemlərinin istismara verilməsi mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov rayonda həyata keçirilən sosial infrastruktur layihələrindən danışıb. O, qeyd edib ki, uzun illər içməli su qıtlığından əziyyət çəkən Nərimanov kəndinə və məcburi köçkün qəsəbəsinə keyfiyyətli suyun verilməsi sakinlərin sosial-məişət şəraitinin yaxşılaşmasına səbəb olacaq.

 

“Azərsu”yun sədr müavini İlqar Tağıyev kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılması məqqsədilə dövlət investisiyaları və daxili imkanlar hesabına həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. O, bildirib ki, Kür sutəmizləyici qurğularından Saatlı şəhərinə magistral su kəmərinin çəkilməsi və şəhərdə su infrastrukturunun yenilənməsi bəzi ətraf kəndlərin də su təchizatına imkanlar yaradıb.

 

Nərimanov kənd sakinləri uzun illər Araz çayından ayrılan suvarma kanallarının və arxların suyundan istifadə ediblər. Məcburi köçkün qəsəbəsində mərkəzləşmiş şəbəkə mövcud olsa da içməli su Araz çayından götürülüb duruldularaq verilirdi. Ötən ilin sonlarında icrasına başlanmış layihəyə əsasən, yaşayış məntəqələrinin içməli su təchizatı Kür Sutəmizləyici Qurğuları-Sabirabad-Saatlı qrup su kəməri hesabına aparılacaq. Bu məqsədlə Saatlı şəhərindəki mərkəzi su anbarından Nərimanov kəndinə qədər 5 km uzunluğunda magistral su kəməri çəkilib. Nərimanov kəndində 5,5 km uzunluğunda paylayıcı şəbəkə və əhalinin ümumi istifadəsi üçün 17 bulaq inşa olunub.

 

Yeni çəkilmiş magistral kəmərdən məcburi köçkün qəsəbəsinə də çıxış verilib və 1 km uzunluğunda birləşdirici kəmər çəkilərək mövcud şəbəkəyə qoşulub. Layihənin icrası nəticəsində 3 minədək sakinin keyfiyyətli içməli suya çıxışı təmin olunub.

 

Gələcəkdə yeni yaradılmış infrastrukturdan Dəlilər və Musalı kəndlərindəki modul sutəmizləyici qurğuların çıxış xətlərinə birləşmə veriləcək .

 

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” ölkə prezidentinin sərəncamına uyğun olaraq 2017-ci ildə Saatlı rayonunun Mollavəzli, Bəylər, Əlisoltanlı, Potubəyli, Seyidlər, Qaracalar və Gomuşçu kəndlərində içməli su layihələri icra olunub və 10 min nəfərdən çox sakinin su təchizatı yaxşılaşdırılıb.

 

Hazırda Kür Sutəmizləyici Qurğuları-Sabirabad-Saatlı qrup su kəmərindən Saatlı və Sabirabad şəhərləri ilə yanaşı, magistral xəttin marşrutu boyunca yerləşən 30-dək kəndə su verilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xaricdəki ticarət nümayəndələrinin əmək haqqı ilə bağlı QƏRAR 6 Dekabr 2021, 16:29 Ruslan Əliyev Vətən müharibəsi iştirakçısı ilə görüşdü - FOTO 6 Dekabr 2021, 16:20 Daha bir koronavirus xəstəsi yaxalandı 6 Dekabr 2021, 16:15 Korrupsiyaya görə həbs edilən 41 nəfər amnistiyaya düşüb 6 Dekabr 2021, 16:10 Bu il təbiətə vurulan zərər AÇIQLANDI 6 Dekabr 2021, 16:05 Putin Hindistanda səfərdədir 6 Dekabr 2021, 16:00 Erməni təxribatı nəticəsində ölən hərbçilərin ailələrinə sığorta ödənişlərinə BAŞLANILIB 6 Dekabr 2021, 15:55 “Qanlıgöl”də quldurluq edənlər həbs olundu 6 Dekabr 2021, 15:50 Paşinyan Təhlükəsizlik Şurasının iclasını çağırdı 6 Dekabr 2021, 15:44 “Qaraheybət” şəhidlərinin ailələrinə 11 min manat sığortapulu VERİLƏCƏK 6 Dekabr 2021, 15:38 AccessBank-dan illik 11%-dək qazandıran depozit 6 Dekabr 2021, 15:33 Könüllülər Forumu başladı - FOTO 6 Dekabr 2021, 15:28 Baş Prokurorluq: “Qaraheybət” qəzasının “qara qutu”su ARAŞDIRILIR 6 Dekabr 2021, 15:23 Qadınları cinsi istismara məruz qoyan şəxsə hökm oxundu 6 Dekabr 2021, 15:20 “Pfizer” vaksinini harda pulsuz vurdurmaq olar... 6 Dekabr 2021, 15:19 500 mindən çox cərimə LƏĞV EDİLDİ 6 Dekabr 2021, 15:18 Xalq artistinə ağır itki üz verdi 6 Dekabr 2021, 15:16 Amnistiya ən çox bu şəhərdə tətbiq olunub 6 Dekabr 2021, 15:11 1921 məhkum azadlığa BURAXILIB 6 Dekabr 2021, 15:06 Şuşada tikilən məktəb gələn ilin dekabrında hazır olacaq - Nazir 6 Dekabr 2021, 15:03 Amnistiyaya düşən əcnəbilərin SAYI 6 Dekabr 2021, 15:00 Zəfər amnistiyası 3676 məhkuma şamil edilib 6 Dekabr 2021, 14:55 Rusiyada da "Omicron" aşkarlandı 6 Dekabr 2021, 14:50 Yas məclislərinə qoyulan qadağada dəyişiklik OLMAYACAQ 6 Dekabr 2021, 14:46 Həmkarlar ittifaqları arasında MEMORANDUM 6 Dekabr 2021, 14:40 Prezident və ailə üzvləri Qubada... 6 Dekabr 2021, 14:36 Qarabağ və Şərqi Zəngəzurun demoqrafik göstəriciləri açıqlandı 6 Dekabr 2021, 14:30 Putin-Bayden görüşünün gündəliyi açıqlandı 6 Dekabr 2021, 14:26 “Qaraheybət”in yarımçıq qoyduğu daha bir ömür – “Kaş balası olaydı, Ceyhunun qoxusunu ondan alaydım” 6 Dekabr 2021, 14:14 “Şollerin arxivi” filminə görə həm mükafat aldım, həm də iş təklifi - Cəlaləddin Qasımov 6 Dekabr 2021, 14:08 Müxalifət hakimiyyətə gəlsəydi, Belarus olmayacaqdı - Lukaşenko 6 Dekabr 2021, 14:02 Aberdində Azərbaycan icması ilə görüş - FOTO 6 Dekabr 2021, 13:56 UNEC-də laboratoriyaya Aziz Sancarın adı verildi - FOTO 6 Dekabr 2021, 13:50 Baş redaktor alimlərin pulunu mənimsəyib - AMEA-dan DİN-ə şikayət 6 Dekabr 2021, 13:44 Ata həbsdə olan oğluna “sovqat” apardı - FOTO 6 Dekabr 2021, 13:40
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?