Modern.az

Azərbaycan Premyer Liqası: bu gün 2 maraqlı oyun var

Azərbaycan Premyer Liqası: bu gün 2 maraqlı oyun var

23 Oktyabr 2021, 08:32

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun oyunlarına start veriləcək.

Modern.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma gerçəkləşəcək.

Açılış matçında "Sabah" və "Sumqayıt" komandaları üz-üzə gələcəklər. Hazırda paytaxt klubu bir xalla sonuncu, "gənclik şəhəri" təmsilçisi isə 8 xalla 5-cidir. İki gün öncə Ramin Quliyevi istefaya göndərən meydan sahibləri bu görüşə baş məşqçisiz çıxacaqlar.

Günün növbəti oyunu "Bakcell Arena"da gerçəkləşəcək. On dörd xalla 2-ci pillədə qərarlaşan "Neftçi" özündən iki xal az toplayan və 4-cü sırada yer alan "Zirə"ni qəbul edəcək. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?