Modern.az

Hidayət Orucovun diplomatik fəaliyyəti BAŞA ÇATDI

Hidayət Orucovun diplomatik fəaliyyəti BAŞA ÇATDI

25 Oktyabr 2021, 10:24

Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov diplomatik fəaliyyətinin bitməsi münasibəti ilə prezident Sadır Japarovla görüşüb.

 

Modern.az Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, Sadır Japarov Hidayət Orucova diplomatik fəaliyyətində uğurlar arzulayıb.

 

“Azərbaycan Qırğızıstanın vacib partnyorudur. İki ölkə arasında münasibətlər ortaq tarix, mədəniyyət, tarixi köklər və mədəniyyətdən doğan möhkəm dostluq və qardaşlıq bağlarına əsaslanır”.

 

Sadır Japarov Hidayət Orucova fəaliyyətinə görə minnətdarlıq edib və prezident İlham Əliyevə salamlarını çatdırmasını xahiş edib.

 

Xatırladaq ki, Hidayət Orucov 2012-ci ildə Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmiş, 2021-ci il oktybarın 6-da səfir postundan azad olunmuşdu.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü