Arxiv
25 Oktyabr 2021, 17:00 | AKTUAL
Amerikalı dini icma rəhbərləri Şeyxin qəbuluna gəldilər - FOTO

ABŞ-dan olan bir qrup dini icma rəhbəri erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcək.

 

Qafqaz Müsəlmanları İdarəsindən Modern.az-a verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Los-Anceles şəhərindən olan bir qrup dini icma rəhbəri ilə görüşüb.

 

QMİ sədri görüşdə qeyd edib ki, işğaldan azad olunan torpaqlarımızda ermənilər vandalizm aktları törədiblər. Qəbirlər qazılıb, insanların sümükləri çıxarılıb, məscidlər tövlə kimi istifadə edilib. Qarabağda demək olar bütün dini, maddi-mədəniyyət nümunələri ya dağıdılıb, ya da erməniləşdirilib. Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edib. Bu gün Qarabağ azaddır və oraya yenidən həyat qayıdır.

 

"Azərbaycan 44 günlük müharibədə həlak olan erməni hərbçilərin cəsədlərini ölkəsinə qaytardı. Lakin Ermənistan hələ Birinci Qarabağ müharibəsində həlak olan azərbaycanlıların cəsədlərini qaytarmayıb. Bu, erməni xislətinin növbəti bariz nümunəsidir.

 

Ermənistan tərəfi bütün dünyaya daim belə bir fikir aşılamağa çalışırdı ki, guya onlar müsəlman dövlətlərinin əhatəsində qalıb və burada təzyiqlərə məruz qalırlar. Bununla da Ermənistan Qarabağı işğal etməsinin əsas mahiyyətini gizlətmək və müharibəni xristian-müsəlman münaqişəsi kimi təqdim etmək istəyirdi. Lakin onların bu cəhdi baş tutmadı”, - deyə şeyxülislam Allahşükür Paşazadə bildirib.

 

Azərbaycandakı dini tolerant mühit barədə qonaqlara məlumat verən QMİ sədri qeyd edib ki, multikulturalizm xalqımızın həyat tərzidir. Ölkəmizdə bütün dinlərə mənsub insanlar rahat, dinclik şəraitində yaşayırlar. Azərbaycanda əsasını ulu öndər Heydər Əliyevin qoyduğu multikulturalizm siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkəmizdə müxtəlif dinlərə mənsub insanların rahat yaşaması, ibadəti üçün hər cür şərait yaradılıb. Bu ölkəmizdə, həmçinin dövlət siyasətidir.

 

Azərbaycandakı dini tolerant mühitdən məmnuniyyətlə bəhs edən ölkəmizdəki dini icmaların rəhbərləri qeyd ediblər ki, burada dini-mədəni müxtəlifliyin harmoniyası mövcuddur. "Biz Azərbaycanın uğurlarına sevinirik. Bu uğurlarda bizim də payımız var. Azərbaycan hamımızın evidir. Biz birlikdə bu evin qorunması, daha böyük uğurlar qazanması üçün çalışırıq", - deyə çıxışlarda qeyd edilib.

 

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən qonaqlar ölkəmizdə dini harmoniyanın mövcudluğunu təqdirəlayiq hal kimi dəyərləndirdiklərini bildiriblər.

 

“Qarabağ həqiqətləri barədə verdiyiniz ətraflı məlumata görə təşəkkür edirik. Çünki bu həqiqətlər dünya mediasında bəzən düzgün işıqlandırılmır. Ona görə də bu informasiyaların dünyaya obyektiv çatdırılması olduqca vacibdir", - deyə qonaqlar bildiriblər.

 

Qeyd edək ki, qonaqlar Azərbaycana səfər çərçivəsində erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcəklər.

 

ABŞ-dan olan bir qrup dini icma rəhbəri erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcək (FOTO) - Gallery Image ABŞ-dan olan bir qrup dini icma rəhbəri erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcək (FOTO) - Gallery Image ABŞ-dan olan bir qrup dini icma rəhbəri erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcək (FOTO) - Gallery Image ABŞ-dan olan bir qrup dini icma rəhbəri erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcək (FOTO) - Gallery Image ABŞ-dan olan bir qrup dini icma rəhbəri erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcək (FOTO) - Gallery Image ABŞ-dan olan bir qrup dini icma rəhbəri erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcək (FOTO) - Gallery Image ABŞ-dan olan bir qrup dini icma rəhbəri erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcək (FOTO) - Gallery Image ABŞ-dan olan bir qrup dini icma rəhbəri erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcək (FOTO) - Gallery Image
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
II Yekaterinanın portreti 1.2 miltona satıldı - FOTOLAR 3 Dekabr 2021, 00:52 Dünya Bankından Əfqanıstana 280 milyon dollar 3 Dekabr 2021, 00:43 "Azərbaycan Əfqanıstandakı vəziyyəti yaxından izləyir" 3 Dekabr 2021, 00:18 "Omikron"a görə ümrə üçün tələblər DƏYİŞDİ 3 Dekabr 2021, 00:03 İran Baş qərargah rəisindən başsağlığı 2 Dekabr 2021, 23:51 İsrail və Mərakeş arasında "buzlar əriyir" 2 Dekabr 2021, 23:43 Ceyhun Bayramov islandiyalı həmkarı ilə görüşdü 2 Dekabr 2021, 23:38 Azərbaycan və Yunanıstan XİN başçıları arasında görüş - YENİLƏNİB 2 Dekabr 2021, 23:36 SOCAR işçisi dənizdə itkin düşdü 2 Dekabr 2021, 23:23 Azərbaycan-Aİ əməkdaşlığı müzakirə edildi 2 Dekabr 2021, 23:10 Ceyhun Bayramov avstriyalı həmkarı ilə GÖRÜŞDÜ 2 Dekabr 2021, 22:42 Cənubi Koreyada ABŞ hərbçilərinin sayı dəyişməyəcək 2 Dekabr 2021, 22:28 İctimai Şuradan Tofiq Yaqublu ilə bağlı Nazirliyə müraciət 2 Dekabr 2021, 22:12 Misir XİN-dən başsağlığı 2 Dekabr 2021, 21:56 Birliyimiz əbədi olmalıdır 2 Dekabr 2021, 21:51 Tofiq Yaqublu prokurorluğa çağırıldı 2 Dekabr 2021, 21:47 Yaşadığı evi tərk edən koronavirus xəstəsi aşkarlandı 2 Dekabr 2021, 21:40 Sabah bu ərazidə qaz kəsiləcək 2 Dekabr 2021, 21:25 45 milyon insan aclıqla üzləşə BİLƏR 2 Dekabr 2021, 21:11 Ceyhun Bayramov ATƏT-in iclasında iştirak etdi 2 Dekabr 2021, 20:55 Balakəndə karantini pozanlar cərimələndi 2 Dekabr 2021, 20:45 Sərhəd məsələsində Azərbaycanın gözləntisi AÇIQLANDI 2 Dekabr 2021, 20:30 Şirvan sakinlərində narkotik AŞKARLANDI 2 Dekabr 2021, 20:22 "Ermənistana əlavə təzyiqlərin göstərilməsinə ehtiyac var" 2 Dekabr 2021, 20:09 “Brent” nefti ucuzlaşdı 2 Dekabr 2021, 20:07 Suriyada terakt - 10 neftçi öldü 2 Dekabr 2021, 19:55 Mədəniyyətlərarası dialoq forumu gələn il Bakıda keçiriləcək 2 Dekabr 2021, 19:49 "Münaqişə başa çatıb" - Ceyhun Bayramov 2 Dekabr 2021, 19:45 Azərbaycanda sosial müdafiə xərcləri artırılıb 2 Dekabr 2021, 19:42 Britaniya səfiri nazir müavini ilə görüşdü 2 Dekabr 2021, 19:27 Azərbaycandan neft hasilatının artırılmasına RAZILIQ 2 Dekabr 2021, 19:21 Ermənistan 22 muzeyi dağıdıb - Hesabat 2 Dekabr 2021, 19:09 Prezident Mark Şnayeri QƏBUL ETDİ 2 Dekabr 2021, 19:04 Zaur Əliyev bu mərkəzin yeni tərkibini TƏSDİQLƏDİ 2 Dekabr 2021, 19:00 Ermənilərin Qarabağda dağıtdığı ABİDƏLƏR 2 Dekabr 2021, 18:54
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?