Arxiv
26 Oktyabr 2021, 17:24 | AKTUAL
Zəfərimizin bir ili - videokonfrans

Oktyabrın 26-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Lənkəran Dövlət Universiteti ilə birgə “Vətən müharibəsində Zəfərimizin bir ili” adlı videokonfrans keçirib.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, onlayn formatda keçirilən tədbirin açılış mərasimində Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun təklifi ilə öncə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəhidlərə Allahdan rəhmət, qazilərə can sağlığı diləkləri səslənib. 

 

Sonra Ziyafət Əsgərov məlumat verib ki, Vətən müharibəsində Zəfərin 1-ci ildönümünə həsr olunmuş konfranslar Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə təşkil olunur. 

 

Videokonfransda Milli Məclisin komitə sədri noyabrın 8-də qeyd edəcəyimiz Zəfər Gününün Azərbaycan dövləti və xalqı üçün əhəmiyyətindən söz açıb. Bildirib ki, 30 ilə yaxın davam edən işğaldan sonra müzəffər Ali Baş Komandanın qətiyyəti, şanlı Azərbaycan Ordusunun rəşadəti, yüksək səviyyəli döyüş hazırlığı və təchizatı, əsgər və zabitlərimizin mətanəti, vətənsevərliyi sayəsində qazanılan Zəfər ümumiyyətlə Azərbaycan tarixində müstəsna rola malik hadisədir. 

 

Çıxışında 1991-ci il oktyabrın 18-də Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizin keçdiyi yola, inkişaf istiqamətlərinə nəzər salan Ziyafət Əsgərov Ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində bağlanan neft müqavilələri, ondan sonra yüksələn xətlə gedən iqtisadi tərəqqi, beynəlxalq əlaqələrimizin genişlənməsi, milli ordumuzun qurulması və möhkəmlənməsi kimi bir sıra mühüm məsələlər barədə danışıb. 

 

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalına toxunan deputat bu məsələ ilə bağlı beynəlxalq hüququn passiv mövqe sərgilədiyini bildirib. BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin, həmçinin bir sıra digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin uzun illər kağız üzərində qaldığını qeyd edib. Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə əngəl törədən Ermənistanın ardı-arası kəsilməyən təxribatlarından danışıb. 2016-cı ilin Aprel döyüşlərində ağır zərbə alan təcavüzkarın 2020-ci ilin iyulunda yenidən təxribata əl atdığını xatırladıb. Nəhayət, 2020-ci ilin 27 sentyabrında başlanan əks-hücum əməliyyatının ərazi bütövlüyümüzün təmin olunmasıyla başa çatdığını qeyd edib. Komitə sədri Vətən müharibəsində qardaş Türkiyənin və Pakistanın ölkəmizə mənəvi-siyasi dəstəyindən söz açıb. İşğaldan azad olunmuş ərazilərdə hazırda aparılan abadlıq-quruculuq işlərindən danışıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılış mərasiminin baş tutduğu bugünkü günün də tarixi gün olduğunu vurğulayıb.   

 

Tədbirin açılış mərasimində çıxış edən Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov xalqımızı Zəfərə aparan yola nəzər salıb. Ordu-xalq birliyindən  danışıb, gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin əhəmiyyətini qeyd edib. Müzəffər ordumuzun qüdrəti, düşmənə layiqli cavab verməsi, Azərbaycan xalqını qalib xalq kimi dünyada tanıtması barədə danışıb. 44 günlük Vətən müharibəsi dövründə xalqımızın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdiyini və müharibəni Qələbə ilə başa çatdırdığını vurğulayıb. 

 

Sonra videokonfransda Lənkəran Dövlət Universitetinin Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı dosent Kamal Mahmudovun, Filologiya və ibtidai təhsil fakültəsinin dekan müavini dosent Qədim Rufullayevin, Maliyyə idarəetməsi və audit kafedrasının müdiri dosent Əlixan Bədəlovun, Kimya və fizika kafedrasının müdiri dosent İsa Hüseynovun Zəfərin tarixi, Vətən müharibəsində qazanılan qələbələrin xronikası, dövlət başçımızın siyasi iradə və qətiyyət nümayiş etdirərək beynəlxalq təzyiqlərə mətanətlə sinə gərməsi, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialı, Azərbaycan ədəbiyyatında Qarabağ mövzusu, işğaldan azad olunan ərazilərdə yüksək templə aparılan bərpa və quruculuq işləri barədə məruzələri dinlənilib. Vurğulanıb ki, Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan dövlətçiliyi tarixində yeni mərhələnin başlandığını göstərir. 

 

Məruzəçilər bütün iştirakçıları və xalqımızı Zəfər bayramı münasibətilə təbrik ediblər. Çıxışlarda Lənkəran Dövlət Universiteti təmsilçilərinin Vətən müharibəsində iştirak etdiyi, şəhadətə yüksələnlər, dövlət təltifləri alanlar, qazi olanlar barədə də iftixarla məlumat verilib. 

 

Sonra universitetin magistri Aytac Tacibzadə Azərbaycanda aparılan gənclər siyasətindən bəhs edib. Vətən müharibəsində iştirak edən gənclərin timsalında bu siyasətin düzgün qurulduğunu gördüyümüzü deyib. Bu gün Azərbaycan gənclərinin dünyanın 30-dan çox beynəlxalq təşkilatında ləyaqətlə təmsil olunduğunu bildirib.  

 

Videokonfransı yekunlaşdıran Ziyafət Əsgərov qeyd edib ki, yalnız hərb meydanında deyil, informasiya və diplomatiya sahələrində də məharətlə mübarizə aparan Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin təmkini, geniş erudisiyası, müdrik siyasəti sayəsində torpaqlarımız işğaldan azad olundu, xalqımız mənfur düşmənə qalib gələrək Zəfərə qovuşdu.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə-Qətər: Regional tərəfdaşlıqdan strateji əməkdaşlığa 6 Dekabr 2021, 23:50 Finlandiya F-35-i seçdi 6 Dekabr 2021, 23:44 ABŞ Pekin Olimpiadasını boykot etdi - YENİLƏNİB 6 Dekabr 2021, 23:27 İtaliyada vaksinlə bağlı “super yaşıl passport” 6 Dekabr 2021, 23:13 Türkiyədə koronavirusla bağlı son vəziyyət 6 Dekabr 2021, 22:48 Rusiyada hər 5 nəfərdən 1-i SSRİ-nin açılışını bilmir 6 Dekabr 2021, 22:36 Türk Dövlətləri Təşkilatı Afrika ölkələrinə peyvənd BAĞIŞLADI 6 Dekabr 2021, 22:17 XİN rəhbərinin müavini IFRC Baş katibini qəbul etdi 6 Dekabr 2021, 22:01 İctimai yerdə koronavirus xəstəsi aşkarlandı 6 Dekabr 2021, 21:43 Rusiya Tacikistandakı bazaya yeni tanklar göndərir 6 Dekabr 2021, 21:12 Ceyhun Bayramov Dövlət Katibinin köməkçisi ilə DANIŞDI 6 Dekabr 2021, 21:02 İlham Əliyev: "Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq" 6 Dekabr 2021, 20:46 "Bizim şərtlərimizi qəbul etməlidirlər" - Prezident 6 Dekabr 2021, 20:42 Qubanın Qonaqkənd qəsəbəsində yeni Mədəniyyət Evi inşa olunub 6 Dekabr 2021, 20:29 Yaponiyadan müdafiə ilə bağlı yeni addım 6 Dekabr 2021, 20:13 Zakir Həsənovdan Pakistana BAŞSAĞLIĞI 6 Dekabr 2021, 19:58 İham Əliyev Quba-Qonaqkənd yolunun açılışında 6 Dekabr 2021, 19:56 Müdafiə nazirinin müavini Moskvaya getdi 6 Dekabr 2021, 19:52 Heydər Əliyev Fondu Qubada yeni məktəb tikdi - FOTO 6 Dekabr 2021, 19:40 Qeyri-neft ixracı 44 faiz ARTIB 6 Dekabr 2021, 19:33 “Quba ABAD Factory” müəssisəsi açıldı - FOTOLAR 6 Dekabr 2021, 19:23 Ukraynada silahlı qüvvələr günü 6 Dekabr 2021, 19:16 Prezident və ailəsi Quba Olimpiya İdman Kompleksində - FOTOLAR 6 Dekabr 2021, 19:08 Rusiya və Hindistan arasında hərbi saziş 6 Dekabr 2021, 18:55 AŞPA rəsmiləri Gürcüstana gəlir 6 Dekabr 2021, 18:46 Sahibə Qafarova Kobitski ilə GÖRÜŞDÜ 6 Dekabr 2021, 18:35 Pakistanda helikopter qəzası - İki zabit öldü 6 Dekabr 2021, 18:24 Prezident və ailə üzvləri Qubada - YENİLƏNİB (FOTOLAR) 6 Dekabr 2021, 18:23 Almaniyada koalisiya müqaviləsi imzalanacaq 6 Dekabr 2021, 18:19 Nazir qalmaqallı müavinindən danışdı: "Yüksək təcrübəyə malik mütəxəssisdir" 6 Dekabr 2021, 18:14 DİN adından istifadə edən dələduza hökm oxundu 6 Dekabr 2021, 18:09 "İdeal"ın keçmiş sahibi məhkəməyə etiraz etdi 6 Dekabr 2021, 18:04 Naxçıvandakı ən yaxşı tank əleyhinə batareya müəyyənləşdi 6 Dekabr 2021, 18:00 Dolların məzənnəsi sabit qaldı 6 Dekabr 2021, 17:54 58 yaşlı kişi atdan yıxılaraq ölüb 6 Dekabr 2021, 17:48
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?