Arxiv
27 Oktyabr 2021, 12:27 | MEDİA
“Report” heç vaxt sensasiya dalınca qaçmayıb - Baş redaktor

Bu gün “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 7 il ötür.


Agentlik 2014-cü il oktyabrın 27-də fəaliyyətə başlayıb.


“Report”un baş redaktoru Murad Əliyev Modern.az-la söhbət zamanı ötən 7 ilə nəzər salıb.

Baş redaktor bildirib ki, 44 günlük Vətən müharibəsi fəaliyyətlərinin şah damarı olub:


““Report” ötən 7 il ərzində mənalı ömür yaşayıb. Bir  media qurumunun öhdəsinə düşən bütün  tələbləri yerinə yetirib. 7 il ərzində Azərbaycanda önəmli, mühüm hadisələr baş verib. Bu hadisələrin hər biri “Report” İnformasiya Agentliyində öz əksini tapıb. Beynəlxalq tədbirlərin işıqlandırılmasında da fəal iştirak etmişik. Fəaliyyətimizin şah damarı ötən il bugünlərdə baş verən 44 günlük Vətən müharibəsidir. Azərbaycanın zəfər yürüşünü anbaan izlədik. Qaynar bölgələrdə olan müxbirlərimiz, Bakıdakı əməkdaşlarımız hər biri zəfərimizi işıqlandırmaq üçün əllərindən gələn qədər çalışdılar. Torpaqlarımız azad olunduqdan sonra həyata keçirilən yenidənqurma işlərinin işıqlandırılması da “Report”un əsas fəaliyyəti istiqamətlərini təşkil edir. İnşallah, gələcəkdə müxbirlərimiz gedib Şuşada da yerləşərlər. Hesab edirəm ki, bir agentlik olaraq qarşımıza qoyulan məqsədə nail olmuşuq. Bu da ilk növbədə xəbərin operativliyi, eksklüzivliyi ilə bağlıdır.  Bu gün ölkədə çox az sayda sayt, media qurumu var ki, eksklüziv xəbərlərə əhəmiyyət verir, özü xəbər istehsal edir. Şadam ki, xəbər mənbəyi kimi çıxış etməyi bacarmışıq”.

Murad Əliyevin sözlərinə görə, “Report” fəaliyyətə başladığı ilk aydan digər saytlar üçün etibarlı xəbər mənbəyi kimi çıxış edib:

“7 il əvvəl niyyət, məqsəd var idi və görülən odur ki, planaşdırdığımız bütün məsələləri həyata keçirməyi bacardıq. Ölkənin bütün regionlarını əhatə etmək, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq baxımından öz sözümüzü deyirik”.


Baş redaktor auditoriyalarının geniş olmasının səbəbini doğru-dürüst xəbər verməkdə görür:


“Auditoriyamızın yetəri qədər olmasının əsas səbəbi doğru-dürüst xəbər verməkdir. “Report” heç vaxt sensasiya dalınca qaçmayıb, qərəz nümayiş etdirməyib. Hər zaman peşəkar yanaşmanın tərəfdarı olmuşuq, bu da oxucu qazanmaqda böyük rol oynayır. Dəfələrlə olub ki, Facebook-da bir məlumat paylaşılıb, dəqiqliyini öyrənmək üçün deyiblər ki, “görün xəbər “Report”da var?”. Müəyyən şayiələri təsdiqlətmək üçün məhz “Report”a müraciət edirlər. Bu, çox önəmlidir. Nəzərə alsaq ki, sosial şəbəkələrdə dayanmadan doğru və ya yalan məlumatlar paylaşılır, o zaman belə bir şəraitdə etibar edilən internet xəbər resursunun olması hər kəs üçün vacibdir. Konkret olaraq deyə bilmərəm ki, bundan sonra hansı məsələləri yerinə yetirəcəyik. Ümumi inkişaf planı var, ona uyğun istiqamətlənirik. Peşəkar yanaşmanı itirmədən bu istiqamətdə də davam edəcəyik. Oxucunun etibarını itirməməli, onları daha geniş məlumatlarla təmin etməliyik”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə-Qətər: Regional tərəfdaşlıqdan strateji əməkdaşlığa 6 Dekabr 2021, 23:50 Finlandiya F-35-i seçdi 6 Dekabr 2021, 23:44 ABŞ Pekin Olimpiadasını boykot etdi - YENİLƏNİB 6 Dekabr 2021, 23:27 İtaliyada vaksinlə bağlı “super yaşıl passport” 6 Dekabr 2021, 23:13 Türkiyədə koronavirusla bağlı son vəziyyət 6 Dekabr 2021, 22:48 Rusiyada hər 5 nəfərdən 1-i SSRİ-nin açılışını bilmir 6 Dekabr 2021, 22:36 Türk Dövlətləri Təşkilatı Afrika ölkələrinə peyvənd BAĞIŞLADI 6 Dekabr 2021, 22:17 XİN rəhbərinin müavini IFRC Baş katibini qəbul etdi 6 Dekabr 2021, 22:01 İctimai yerdə koronavirus xəstəsi aşkarlandı 6 Dekabr 2021, 21:43 Rusiya Tacikistandakı bazaya yeni tanklar göndərir 6 Dekabr 2021, 21:12 Ceyhun Bayramov Dövlət Katibinin köməkçisi ilə DANIŞDI 6 Dekabr 2021, 21:02 İlham Əliyev: "Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq" 6 Dekabr 2021, 20:46 "Bizim şərtlərimizi qəbul etməlidirlər" - Prezident 6 Dekabr 2021, 20:42 Qubanın Qonaqkənd qəsəbəsində yeni Mədəniyyət Evi inşa olunub 6 Dekabr 2021, 20:29 Yaponiyadan müdafiə ilə bağlı yeni addım 6 Dekabr 2021, 20:13 Zakir Həsənovdan Pakistana BAŞSAĞLIĞI 6 Dekabr 2021, 19:58 İham Əliyev Quba-Qonaqkənd yolunun açılışında 6 Dekabr 2021, 19:56 Müdafiə nazirinin müavini Moskvaya getdi 6 Dekabr 2021, 19:52 Heydər Əliyev Fondu Qubada yeni məktəb tikdi - FOTO 6 Dekabr 2021, 19:40 Qeyri-neft ixracı 44 faiz ARTIB 6 Dekabr 2021, 19:33 “Quba ABAD Factory” müəssisəsi açıldı - FOTOLAR 6 Dekabr 2021, 19:23 Ukraynada silahlı qüvvələr günü 6 Dekabr 2021, 19:16 Prezident və ailəsi Quba Olimpiya İdman Kompleksində - FOTOLAR 6 Dekabr 2021, 19:08 Rusiya və Hindistan arasında hərbi saziş 6 Dekabr 2021, 18:55 AŞPA rəsmiləri Gürcüstana gəlir 6 Dekabr 2021, 18:46 Sahibə Qafarova Kobitski ilə GÖRÜŞDÜ 6 Dekabr 2021, 18:35 Pakistanda helikopter qəzası - İki zabit öldü 6 Dekabr 2021, 18:24 Prezident və ailə üzvləri Qubada - YENİLƏNİB (FOTOLAR) 6 Dekabr 2021, 18:23 Almaniyada koalisiya müqaviləsi imzalanacaq 6 Dekabr 2021, 18:19 Nazir qalmaqallı müavinindən danışdı: "Yüksək təcrübəyə malik mütəxəssisdir" 6 Dekabr 2021, 18:14 DİN adından istifadə edən dələduza hökm oxundu 6 Dekabr 2021, 18:09 "İdeal"ın keçmiş sahibi məhkəməyə etiraz etdi 6 Dekabr 2021, 18:04 Naxçıvandakı ən yaxşı tank əleyhinə batareya müəyyənləşdi 6 Dekabr 2021, 18:00 Dolların məzənnəsi sabit qaldı 6 Dekabr 2021, 17:54 58 yaşlı kişi atdan yıxılaraq ölüb 6 Dekabr 2021, 17:48
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?