Modern.az

Baş redaktor postundan istefa verən Şərif Ağayar yeni iş tapdı

Baş redaktor postundan istefa verən Şərif Ağayar yeni iş tapdı

Media

2 Noyabr 2021, 10:34

Kulis.az-ın baş redaktoru vəzifəsindən ayrılan tanınmış yazıçı Şərif Ağayar özünə yeni iş tapıb.

 

Modern.az xəbər verir ki, yazıçı bundan sonra “Qanun” Nəşrlər Evində redaktor kimi fəaliyyət göstərəcək.

 

“Saytda zamanım olmadığından mənə redaktə üçün müraciət edənlərin əksəriyyətinin təklifindən imtina edirdim. İndi bunun üçün əla fürsət yaranıb. Xüsusən kitab çap etdirmək istəyən hər kəs rahatca müraciət edə bilər. Kitablar “Qanun” Nəşrlər Evində çap olunacağı təqdirdə redaktə üçün ödəniş olmayacaq. Hamımız üçün xeyirlisi...”,-deyə Ş.Ağayar bildirib.

 

Xatırladaq ki, yazıçı noyabrın 1-dən 12 ildir çalışdığı Kulis.az saytının baş redaktoru vəzifəsindən istefa verib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır