Modern.az

General Məhərrəm Əliyevə yeni vəzifə verildi

General Məhərrəm Əliyevə yeni vəzifə verildi

30 Noyabr 2012, 19:46

Prezident İlham Əliyev Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi  Məhərrəm Əliyevi yeni vəzifəyə təyin edib. Modern.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Məhərrəm Abış oğlu Əliyev ölkə başçısının sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Prezidentin digər sərəncamı ilə M. Əliyevə general-leytenant hərbi rütbəsi verilib və o, həqiqi hərbi xidmətə qəbul edilib.

Qeyd edək ki, Məhərrəm Abış oğlu Əliyev 1951-ci ilin oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində doğulub. 1973-cü ildən daxili işlər orqanlarında xidmət edib. 1978-ci ildə Moskva şəhər Orta Xüsusi Milis Məktəbini bitirdikdən sonra şəhər milis İdarəsi 131 saylı milis bölməsinə cinayət işləri üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.

1980-1992-ci illərdə Bakının rayon polis idarələrində cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət aparıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ümumittifaq Qiyabi Hüquq İnstitutunu bitirib.

Bakı şəhərinin Nizami, Sabunçu, Xətai, Səbail rayon Polis İdarələrində rəhbər vəzifələrdə çalışıb.

1993-cü ilin noyabrından 2007-ci ilin iyun ayınadək Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub. 1995-ci ildə Prezidentin fərmanı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

2007-2011-ci illərdə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi