Modern.az

Türkiyə vətəndaşının idarə etdiyi TIR Kürdəmirdə aşdı

Türkiyə vətəndaşının idarə etdiyi TIR Kürdəmirdə aşdı

Hadisə

19 İyul 2026, 20:39

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax avtomobil yolunun Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə Respublikası vətəndaşı İsmet Katalın idarə etdiyi yük avtomobili Qazax istiqamətində hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...