Modern.az

Azərbaycan-Rusiya baş nazirlərinin müavinləri GÖRÜŞƏCƏK

Azərbaycan-Rusiya baş nazirlərinin müavinləri GÖRÜŞƏCƏK

Ölkə

Bu gün, 16:30

Azərbaycan və Rusiya arasında müntəzəm təmasların və mövcud əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini nəzərə alaraq, Baş nazir müavinləri arasında ilkin razılıq əldə olunub və cari ilin sentyabr ayında Şahin Mustafayevlə Aleksey Overçukun görüşünün keçirilməsi planlaşdırılır.

Modern.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, görüşdə bir sıra istiqamətlər üzrə əməkdaşlıq məsələlərinin müzakirə olunması nəzərdə tutulur:

“Həmçinin yaxın vaxtlarda 2024-cü ilin dekabrında baş vermiş faciəli təyyarə qəzasından sonra tətbiq edilmiş məhdudiyyətlərin qüvvədə olduğu bəzi istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə