Modern.az

Ərini davadan ayırmaq istəyən gənc qadın bıçaqlandı

Ərini davadan ayırmaq istəyən gənc qadın bıçaqlandı

Ölkə

Bu gün, 11:44

Şəmkirdə ərini əlbəyaxa davadan ayırmağa çalışan gənc qadın kəsici alətlə xəsarət alıb.

Modern.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, insidentə küçədə uca səslə nalayiq ifadələr işlədilməsi səbəb olub.

Belə ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs sərxoş halda küçədə söyüş söyüb. Bu zaman zərərçəkmiş qadının həyat yoldaşı həmin şəxsə yaxınlaşaraq iradını bildirib və tərəflər arasında əlbəyaxa dava başlayıb.

Nəticədə spirtli içkinin təsiri altında olan şəxs, davaya müdaxilə edərək ərini ayırmaq istəyən 21 yaşlı S.O.-ya kəsici alətlə xəsarət yetirib. Hadisəni rayon sakini, 46 yaşlı A.İsmayılovun törətdiyi ehtimal olunur.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə