Modern.az

Paşinyan sərhədlərlə bağlı təklifi QƏBUL ETDİ

Paşinyan sərhədlərlə bağlı təklifi QƏBUL ETDİ

18 Noyabr 2021, 11:54

Rusiya Müdafiə Nazirliyi Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına hazırlıq prosesi ilə bağlı təkliflər verib, bu təkliflər Ermənistan tərəfindən qəbul edilir.


Modern.az
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bugünkü hökumət iclasında deyib.


“Dünən mənim bəyanatımdan sonra Rusiya Müdafiə Nazirliyi demarkasiya və delimitasiyaya hazırlıq mərhələsi ilə bağlı təkliflərlə çıxış edib. Mən təsdiq etmək istəyirəm ki, bu təkliflər bizim üçün məqbuldur”.


N.Paşinyan hökumətin iclasında müdafiə naziri Suren Papikyana rusiyalı həmkarı ilə detalları müzakirə etməyi və bu təkliflər üzərində işləməyi tapşırıb.

Xatırladaq ki, noyabrın 16-da Ermənistan  Silahlı Qüvvələrinin bölmələri Laçın və Kəlbəcər istiqamətindəki dövlət sərhəddində Azərbaycanın mövqelərinə hücum edib.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, döyüş əməliyyatları zamanı Ordumuzun 7 hərbi qulluqçusu şəhid olub, 10 nəfər yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin məlumatınada deyilir ki, onların 2 hərbçisi ölüb, daha 13 hərbçi əsir düşüb. 24 erməni hərbçinin isə taleyi məlum deyil. Habelə döyüşlər nəticəsində ermənilərin 2 postu Azərbaycan ordusunun nəzarətinə keçib.

Rusiya tərəfinin vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, Ermənistan-Azərbaycan sərhədinin şərq istiqamətində saat 16 iyun 18:30-da atəşkəs elan olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!