Modern.az

Azad Ağdama mediatur - FOTOLAR

Azad Ağdama mediatur - FOTOLAR

Qarabağ

20 Noyabr 2021, 13:05

Müdafiə Nazirliyi tərəfindən Ağdam rayonuna kütləvi informasiya vasitələrinin nümayəndələri üçün media-tur təşkil olunub.

 

Müdafiə Nazirliyindən Modern.az-a bildirilib ki, media nümayəndələri bu ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən, həmçinin Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçulardan müsahibələr götürüb və çəkilişlər aparıblar.

 

Hərbi qulluqçular torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarından xatirələrini media nümayəndələri ilə bölüşüblər.

 

Media-tur çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri, həmçinin şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi məqsədilə Ağdam rayonu ərazisində müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli hərbi hissələrdə yaradılan yataqxana, tibb məntəqəsi, yeməkxana, mətbəx, silah otağı və hamam-sanitar qovşağı ilə yaxından tanış olub.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi