Modern.az

\"Görüş əsasında konkret nəticələr gözləmək olar\" - Paşinyan

\

26 Noyabr 2021, 21:57

“Çox müsbət görüş oldu, biz gündəlikdəki bütün məsələləri praktiki olaraq müzakirə etdik. Qeyd edim ki, bir çox məsələlərlə bağlı mövqelərimizi dəqiqləşdirmişik. Məlum oldu ki, bir sıra məsələlərdə aramızda heç bir uyğunsuzluq yoxdur”.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Soçi görüşündən sonra deyib. 

 

O, Putinə müsbət iş atmosferi yaratdığına görə təşəkkür edib.

 

 “Bölgədə bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılması məsələsində qeyd etdik ki, bu kommunikasiyaların necə işləyəcəyi barədə ümumi təsəvvürümüz var. Delimitasiya və demarkasiya prosesinə başlamaq mövzusu yeni deyil, biz bunu həll edəcəyik. Düşünürəm ki, bu görüş əsasında söhbətimizin müəyyən dinamikasını yarada bilsək, konkret nəticələr gözləmək olar. Mən Ermənistanın və onun hökumətinin ölkəmiz, regionumuz üçün sülh, dinc inkişaf erası açmağa hazır olduğunu təsdiq edirəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir