Modern.az

Karantin qaydalarını pozan restoranlar cərimələndi - SİYAHI

Karantin qaydalarını pozan restoranlar cərimələndi - SİYAHI

Aktual

27 Noyabr 2021, 15:44

Bakıda şadlıq evləri və restoranlarda polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, noyabrın 26-da polis əməkdaşları tərəfindən Bakı şəhərində 311 şadlıq sarayı, restoran və digər iaşə obyektlərində xüsusi karantin rejiminin tələblərinə riayət olunması vəziyyətinin yoxlanılması məqsədi ilə nəzarət-profilaktik tədbirlər keçirilib.

 

Nəticədə bir neçə obyektdə, o cümlədən Səbail rayonunda “Mojo” gecə klubu, “Vinice Pub” restoranı, Nizami rayonunda “Ay İşığı” və “Grand Neon” şadlıq sarayları, Nərimanov rayonunda isə “Kaştan” çay evində karantin qaydalarının pozulması halları aşkar edilib. Adları çəkilən obyektlərin icarədarları və karantin qaydalarına nəzarət etməli olan məsul əməkdaşları barədə inzibati protokollar tərtib olunub.

 

Paytaxt Bakı və bölgələrdə karantin qaydalarının pozulması hallarına qarşı polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi