Modern.az

Çexiyada yeni hökumət rəhbəri

Çexiyada yeni hökumət rəhbəri

28 Noyabr 2021, 20:44

Çexiya prezidenti Miloş Zeman Demokratik Vətəndaş Partiyasının lideri Peter Fialanı Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə təyin edib.

 

Modern.az xəbər verir ki, bu münasibətlə bu gün dövlət başçısının iqamətgahında xüsusi mərasim keçirilib.

 

Mərasim qeyri-adi rejimdə keçirilib: Miloş Zemanın COVID-19 testi müsbət nəticə verdiyi üçün o, şüşə arakəsmə arxasında idi.

 

Peter Fiala ona göstərilmiş etimada görə Prezidentə təşəkkürünü bildirib. O, yeni hökumətin güclü və sabit olacağını vəd edib və ölkədə mövcud çətinliklərin aradan qaldırılmasında yeni hökumətə kömək etmək üçün əlindən gələni edəcəyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir