Modern.az

İsrail sərhədləri bağlayır

İsrail sərhədləri bağlayır

Aktual

29 Noyabr 2021, 08:07

İsrail koronavirusun yeni “omicron” ştamına görə sərhədləri iki həftəlik bağlayır.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin Koronavirusla Mübarizə üzrə Nazirlik Komissiyası məlumat yayıb. Bildirilir ki, xaricdən qayıdan israillilər hava limanında PCR test verməli və karantinə alınmalıdırlar. Virusa yoluxub sağalanlar və vaksin olunanlar üçün karantin müddəti 3 gün, peyvənd vurdurmayanlar və təkrar test verənlər üçün 7 gün və onsuz 14 gün davam edəcək. 

Qeyd edək ki, “omicron” yüksək ötürülmə qabiliyyəti və peyvəndlərə qarşı müqaviməti ilə tanınır. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir