Gənclər və idman nazirinin yeni müavini Mariana Vasileva təyinatı barədə açıqlama verib.
Modern.az xəbər verir ki, Vasileva Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə təyin olunmasından böyük şərəf hissi keçirdiyini bildirib.
O, dövlət başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya bu etimada görə təşəkkürünü bildirib.
Vasileva Azərbaycana xidmət etməkdən və ölkədə idmanın inkişafı üçün çalışmaqdan qürur duyduğunu vurğulayıb:
"Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli sərəncamı ilə gənclər və idman nazirinin müavini təyin olunmağım mənim üçün böyük şərəfdir. Dövlətimizin başçısı İlham Əliyevə və Respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevaya bu etimad üçün təşəkkür edirəm.
Mariana Vasileva Azərbaycan Prezidentinin 29 noyabr 2021-ci il tarixli sərəncamı ilə gənclər və idman nazirinin müavini təyin olunub. O, yeni vəzifədə İsmayıl İsmayılovu əvəzləyib.
Qeyd edək ki, Mariana Vasileva əslən bolqarıstandandır. O, 6 iyul 1974-cü ildə Bolqarıstanın Targovishte şəhərində anadan olub.
Bolqarıstanda Veliko Tarnovo Universitetini bitirib.
Azərbaycan Gimnastika Federasiyasının İcrayə Komitəsinin üzvüdür. Mariana Vasileva Bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi işləyib.
Azərbaycanın Əməkdar məşqçisi (2013) fəxri adı verilmiş Mariana Vasileva Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna (2015), Beynəlxalq Gimnastika Federasiyasının “Əməkdar məşqçi” diplomuna (2019) layiq görülüb.