Modern.az

“Həmas” liderinin qətlini Netanyahu sifariş edib

“Həmas” liderinin qətlini Netanyahu sifariş edib

22 Fevral 2010, 12:43

İngiltərədə nəşr olunan Sunday Times bu gün sensasion xəbərlə çıxış edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, qəzet yanvarın 20-da qətlə yetirilmiş “Həmas” lideri Mahmud əl Mabuhun sui-qəsdi əmrinin İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən verildiyini iddia edir.  Qəzetin Mossad-a yaxınlığı ilə tanınan mənbəyə istinadən yaydığı məlumata görə, yanvarın əvvəllərində Netanyahu Təl-Əvivin şimalındakı Midraşda Mossad-ın şefi Meir Dağanla onun ofisində görüşərək “Həmas” liderinin  öldürülməsini tapşırıb. Xəbərə görə, Mossad Mabuhun Dübaya gedəcəyini və orda qalacağı lüks oteli əvvəlcədən müəyyən edib.  

 

Qeyd edək ki, İsrail Mabuh cinayəti ilə əlaqəsi olmasına dair məlumatları təkzib edib. İsrail xarici işlər nazirinin müavini Dani Ayalon Mabuh cinayəti ilə əlaqədar İsrailin Avropa ilə münasibətlərinin pozulacağına inanmadığını söyləyib. O baş vermiş cinayətdə İsrailin əli  olmadığını deyib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...