Modern.az

Azay Quliyev Harvard Universitetində təhsil alacaq

Azay Quliyev Harvard Universitetində təhsil alacaq

25 Fevral 2010, 10:43

st1:*{behavior:url(#ieooui) }

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev fevralın 27-dən martın 8-dək  ABŞ-ın  Harvard Universitetində “Strateji İdarəetmə” proqramı  üzrə təhsil alacaq.

Bu barədə Modern.az-a

Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən məlumat verilib.

Proqram çərçivəsində effektiv idarə etmə, liderlik, kadr seçimi, danışıq aparmaq bacarığı, məsuliyyət bölgüsü, fəaliyyət strategiyasının hazırlanması və digər mövzular tədris olunacaq və müdavimlərə diplom veriləcək.

 

A.Quliyevin təhsil haqqı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin  “Counterpart – İnternational” təşkilatı tərəfindən ödəniləcək. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir