Arxiv
1 mart 2010, 17:40 | QARABAĞ
“Borçalı”nın yığıncağı keçirilib

“Borçalı” İctimai Cəmiyyətinin təsis etdiyi Dədə Camal Məclisi “Qarabağ-Nicatımız birliyimizdədir” adlı sayca səkkizinci yığıncağını keçirib. Modern.az xəbər verir ki, yığıncağı giriş sözü ilə folklorşünas Elxan Məmmədli açaraq, “Borçalı” Cəmiyyəti tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. O, qeyd edib ki, cəmiyyət sadəcə qədim Borçalı mahalında yaşayan Azərbaycan türklərinin deyil, eyni zamanda Qərbi və Cənubi Azərbaycanda haqları tapdanan bütün soydaşlarımızın dərdinə şərik çıxır, onlara hərtərəfli dəstək olur.

“Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bəzi qrumların ekrana düşmək, şəxsi mənafelərini güdmək xatirinə tədbirlər keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, həmin “təşkilatlardan” fərqli olaraq, “Borçalı” Cəmiyyəti öz ətrafında vahid dövlət, vahid millət amalına xidmət edən insanları toplayır və bu məqsədlə də silsilə tədbirlər keçirir. Z.Məmmədli Azərbaycan türkləri arasında birliyə ehtiyac olduğunu söyləyərək, cəmiyyətimizdəki bir sıra problemlərdən də söhbət açıb. Deyib ki, Azərbaycan cəmiyyətindəki pərakəndəlik əsrlər boyu yadellilərə geniş imkanlar yaradıb. Onun sözlərinə görə, pərakəndəlikdən, yaranmış boşluqdan məharətlə istifadə edən düşmənlərimiz  zaman-zaman tarixi türk torpaqlarını ilhaq ediblər. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Borçalı” Cəmiyyətinin təşkil etdiyi yığıncağı yüksək qiymətləndirərək deyib ki, əsrlər boyu birliyimizin olmaması ucbatından xalqımız daim fəlakətlərlə, müharibə və qırğınlarla üzləşib. “Yüz ildən artıq müddətdə ziyalılarımız milətimizin imzasını millətlər içində görmək üçün çarpışıb. Mən hesab edirəm ki, hələ də biz buna tam nail ola bilməmişik”.

“Şuşa” İctimai Birliyinin sədri Zahid Quliyev “Borçalı” Cəmiyyətinin həyata keçirdiyi tədbirlərin qarabağlılar tərəfindən də müsbət qarşılandığını deyib. O, çoxdan bu cəmiyyət ilə əməkdaşlıq etmək fikrində olduqlarını dilə gətirərək, hər kəsi “Borçalı” Cəmiyyətinə dəstək olmağa çağırıb.

Akademik Cəlal Allahverdiyev isə çıxışı zamanı diqqəti sovetlər birliyi illərində azərbaycanlıların çox zəif təşkilatlanmasına yönəldib. Bildirib ki, vaxtıilə keçmiş SSRİ məkanında yaşayan soydaşlarımızın, eləcə də digər qərb ölkələrində məskunlaşan həmvətənlərimizin heç birinin təşkilatı olmayıb.

Çıxışlardan sonra akademik Cəlal Allahverdiyev, professor Telman Əliyev, Gültəkin Quliyeva, Əlləz Ovçiyev, Şahmar İbrahimov, Asif Məmmədov, Mehman İsmayılov, Nazim Hüseynov, Umudvar Məmmədli, Teymur Hacıyev, Zahid Quliyev və Hacı Əkbər Rüstəmova “Borçalı” Cəmiyyətinin diplomları təqdim edilib. Yığıncaqda Aşıq Ədalət Dəlidağlının, Dəmir Gədəbəylinin, Aşıq Cahangirin, Aşıq Fikrətin, eləcə də xanəndələrdən Şəmsəddin İbrahimovun, Aidə Əliyevanın, Elgiz Əliyevin ifaları dinlənilib.

  

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hamilələr xəstəliyi daha ağır keçirir? - TƏBİB-dən cavab 3 İyul 2020, 18:07 Ramin Bayramlı: Jurnalistlər və həkimlər arasında virusa yoluxanlar çoxdur 3 İyul 2020, 18:03 İyulun 5-dən sonra SMS-lə icazə alanda avtomobil də qeyd olunmalıdır - TƏLƏB 3 İyul 2020, 18:00 Yoluxma simptomu olmayanlar təhlükəli şəxslərdir - Ramin Bayramlı 3 İyul 2020, 17:56 Ermənistanın xarici işlər naziri Azərbaycan ərazisinə gəldi 3 İyul 2020, 17:56 Rayonlara gediş-gəliş hələ açılmayacaq - Prezidentin köməkçisi  3 İyul 2020, 17:52 İyun ayının 190 manatı bu tarixdə veriləcək - RƏSMİ 3 İyul 2020, 17:49 Şənbə-bazar günü işə gedənlər nə edəcək? - Operativ Qərargahdan AÇIQLAMA 3 İyul 2020, 17:46 SMS icazə sistemində YENİLİK edildi 3 İyul 2020, 17:44 Qazaxıstanda Nazarbayevə heykəl ucaldıldı 3 İyul 2020, 17:40 icazə.e-gov.az portalında yenidən icazə almaq tələb olundu - XƏBƏRDARLIQ 3 İyul 2020, 17:39 Payız ayları üçün vəziyyətə hazır olmalıyıq - TƏBİB sədri 3 İyul 2020, 17:34 “Yas mərasimində 84 nəfər koronavirusa yoluxub” - Ramin Bayramlı 3 İyul 2020, 17:29 Koronavirusa yoluxanların yarıdan çoxu Bakının payına düşür - RƏQƏMLƏR 3 İyul 2020, 17:24 Azərbaycanda koronavirusdan ölüm 2 faiz təşkil edir 3 İyul 2020, 17:21 Koronavirusla bağlı qeyri-müəyyənlik davam edir - Prezidentin köməkçisi  3 İyul 2020, 17:18 Türkiyə Ali məhkəməsi Aya Sofya məbədinin statusunu dəyişməyə icazə verdi 3 İyul 2020, 17:17 Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu - 7 nəfər öldü  3 İyul 2020, 17:16 Biz cəmiyyət olaraq, böyük təhlükə ilə üz-üzəyik” - Prezidentin köməkçisi 3 İyul 2020, 17:13 Baş prokuror Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb - FOTO 3 İyul 2020, 17:11 Operativ Qərargah brifinq keçirir - Canlı 3 İyul 2020, 17:05 İqtisadiyyat Nazirliyinin səlahiyyətləri artırıldı 3 İyul 2020, 17:00 Baş Nazir sərt karantin rejimi barədə qərarı TƏSDİQLƏDİ 3 İyul 2020, 16:55 Putin Konstitusiyaya dəyişiklikləri TƏSDİQLƏDİ 3 İyul 2020, 16:51 Dövlət Agentliyi 84 obyektdə pozuntu aşkar etdi 3 İyul 2020, 16:50 Bakı-Sumqayıt elektrik qatarlarının hərəkəti dayandırılır 3 İyul 2020, 16:45 Nazir müavini növbəti tədris ili ilə bağlı tapşırıqlarını verdi 3 İyul 2020, 16:39 Prezident Dövlət Vergi Xidmətinin Əsasnaməsini dəyişdirdi - FƏRMAN 3 İyul 2020, 16:33 İyunda pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım alanların sayı AÇIQLANDI 3 İyul 2020, 16:27 Bugünkü buraxılış imtahanlarının nəticələri 5 günə açıqlanacaq - RƏSMİ 3 İyul 2020, 16:21 İlham Əliyev Trampa məktub göndərdi 3 İyul 2020, 16:18 AMEA rəhbərliyi vurusa yoluxmuş alimə kömək edəcəyinə SÖZ VERDİ 3 İyul 2020, 16:12 DİN-dən Ordu bölmələrinin xüsusi karantin rejiminə cəlb olunması barədə AÇIQLAMA 3 İyul 2020, 16:06 Macarıstanda təhsil almaq hüququ qazananların siyahısı AÇIQLANDI 3 İyul 2020, 16:00 “Sərtləşdirilmiş karantinin uzadılması, pandemiyanın zəiflədilməsinə hesablanıb” - Deputat 3 İyul 2020, 15:56