Modern.az

ATƏT-in Bakı ofisində Milli QHT Forumunun rəhbərliyi ilə görüş olub

ATƏT-in Bakı ofisində Milli QHT Forumunun rəhbərliyi ilə görüş olub

22 Sentyabr 2009, 22:11

Sentyabrın 22-də ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorellə Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyninin görüşü olub. Modern.az xəbər verir ki, görüşdə Rauf Zeyni MQF-nin fəaliyyəti, həyata keçirilən layihələr, həmçinin ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafındakı rolu haqqında qısa məlumat verib.
ATƏT-in Bakı ofisinin rəhbəri məlumata görə təşəkkürünü bildirib və Milli QHT Forumunun və bütövlükdə QHT-lərin ölkənin demokratik inkişafındakı rolunu və əhəmiyyətini vurğulayıb. Demokratik dəyərlərin cəmiyyətdə bərqərar olmasının ATƏT-in əsas prioritetlərindən olduğu xüsusi qeyd olunub.
Görüşün sonunda ATƏT-in Bakı ofisinin rəhbəri Rauf Zeyninin dəvətini qəbul edərək yaxın zamanlarda MQF-nin ofisini ziyarət edəcəyini və bununla yanaşı, MQF-nin Regional Resurs və Təlim Mərkəzlərində də görüşlər keçirəcəyini bildirib və MQF-yə fəaliyyətində uğurlar arzulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub