Modern.az

Bakı-Qazax yolunda qəza - Ölən var

Bakı-Qazax yolunda qəza - Ölən var

Hadisə

2 Avqust 2026, 19:15

Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonunun Pirsaat kəndinin keçən hissəsində qeydə alınıb.

“KamAz” markalı yük maşını ilə BYD markalı minik avtomobili toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü yüngül xəsarət alsa da, avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı, Beyləqan rayon sakini 1979-cu il təvəllüdlü İbadova Svetlana Ocaqverdi qızı həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada