Modern.az

Azərbaycan güləşçisi gümüş medal qazandı

Azərbaycan güləşçisi gümüş medal qazandı

İdman

Bu gün, 19:52

Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanıb.

Modern.az xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı finalda iranlı Benyamin Mayvana uduzaraq (1:5) fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Bununla da sərbəst güləşçilərimiz mundialı 1 gümüş medalla başa vurublar.

Daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar.

Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var