Modern.az

Qeydiyyatsız QHT-lərin nümayəndələri Azay Quliyevlə görüşüblər

Qeydiyyatsız QHT-lərin nümayəndələri Azay Quliyevlə görüşüblər

Qarabağ

7 Aprel 2010, 16:23

Bu gün dövlət qeydiyyatına alınmayan bir qrup QHT-nun nümayəndəsi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevlə görüşüb. Bu barədə Modern.az-a Demokratik İslahatlar Uğrunda Cəmiyyətin (DİUC) həmsədri Oqtay Gülalıyev məlumat verib. O, bildirib ki, görüşdə 20-ə yaxın qeydiyyatdan keçməyən QHT-nin nümayəndəsi iştirak edib:Biz bu təşkilatların və vətəndaş cəmiyyəti institutunun problemləri barədə, bu problemlərdən çıxış yollarına dair müzakirələr apardıq. Həmçinin bu məsələlərlə bağlı təkliflərimiz oldu. Biz  Dövlət Dəstəyi Şurasına qeydiyyatdan keçməyən 35 QHT-nin siyahısını təqdim etmişik. Ümidvarıq ki, Dövlət Dəstəyi Şurası bu istiqamətdə bizə yardımçı olacaq və yaxın günlərdə müsbət cavab veriləcək”.

Xatırladaq ki, bir neçə gün öncə qeydiyyatdan keçməyən bir qrup QHT nümayəndəsi QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə müraciət ünvanlamışdı. Müraciəti 33 QHT imzalayıb. Müraciətdə QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri ilə görüşmək və üzləşdikləri problemin həllində yardımçı olmaq kimi istəklər əks olunub. Onlar Ədliyyə Nazirliyinin qeydiyyata alınmayan QHT-lərə əsassız səbəblər göstərdiyini qeyd ediblər.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub