Modern.az

Britaniya şirkəti Bakıda məktəblilər arasında inşa müsabiqəsi keçirir

Britaniya şirkəti Bakıda məktəblilər arasında inşa müsabiqəsi keçirir

Qarabağ

16 Aprel 2010, 15:28

st1:*{behavior:url(#ieooui) }

Baku Oxford School və British Midland İnternational (bmi) şirkəti Bakıda məktəblilər arasında inşa müsabiqəsi élan edib. Müsabiqə şagirdlərə Bakıdan Londona 2 bilet əldə etmək, universitet şəhərcikləri ilə tanış olmaq və semestri payızda başlayan Britaniya universitetlerindən birinə rəsmi səfər etmək şansı uğrunda yarışmaq şərait yaradacaq. Aprelin 17-nə planlaşdırılan müsabiqədə aşağıdakı tədris müəssisələrində oxuyan şagirdlərin iştirakı gözlənilir: Baku Oxford School, 23 №-li məktəb, 160 №-li məktəb və Bakı Avropa Liseyi.

 

Modern.az-a verilən məlumata görə, hər bir orta məktəb müsabiqədə ən azı 10 şagirdlə təmsil olunacaq. Həmin 10 şagird tədris müəssisəsi tərəfindən fərdi şəkildə seçiləcək. Müsabiqədə ümumilkdə 60 şagirdin iştirakı gözlənilir. Ən böyük həyacan isə aprelin 17-də olacaq, çünki iştirakçılar bmi tərəfindən təqdim olunacaq gizli mövzuda ingilis dilində inşa yazacaqlar. Müsabiqə zamanı həmçinin inşanın yazılması üçün vaxt məhdudiyyəti də qoyulacaq. Müsabiqənin xoşbəxt qalibi mayın 10-a kimi elan ediləcək və o, Böyük Britaniyada universitet həyatı ilə tanış olmaq üçün özünə təyyarədə yer seçməli olacaq!

 

bmi şirkətinin Azərbaycan üzrə Satış Meneceri Səbinə İsmayılova müsabiqə təşəbbüsünü şərh edərkən, bunları söyləyib: ”bmi Bakıda şagirdlər üçün əyləncəli, yaradıcı, maraqlı və eyni zamanda təhsilш dəstəkləyən layihə keçirdiyi üçün şaddır. Təhsil yalnız biliklər və elm demək deyil, təhsil həm də mədəniyyətlər arasında körpü deməkdir və məhz buna görə də bmi az və ya çox dərəcədə olmasına baxmayaraq bu prosesdə yaxından iştirak etdiyi üçün xoşbəxtdir”.

 

Baku Oxford School-un Baş Meneceri Aygün Məmmədova qeyd edib: “Baku Oxford School bmi şikəti tərəfindən keçirilən inşa müsabiqəsini qəbul etməyə çox şaddır. Biz bütün iştirakçıları salamlayırıq və ümid edirik ki, bu tədbir şagirdlərin müxtəlif ölkələrə və mədəniyyyətlərə olan marağını artıracaq“.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi