Modern.az

Türkiyə Baş Nazirliyinin binasını partlatmaq istəyən şəxs zərəsizləşdirilib-YENİLƏNİB

Türkiyə Baş Nazirliyinin binasını partlatmaq istəyən şəxs zərəsizləşdirilib-YENİLƏNİB

Təhsil

21 Noyabr 2013, 14:48

Türkiyənin Baş Nazirliyinin binasını partlatmaq istədiyi iddia olunan şəxsi polis zərərsizləşdirib. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, ekspertlər bombanı təsirsiz hala gətirmək üçün çalışırlar. Yayılan məlumatlara görə Ankarada hökumətin mərkəzi binasını partladacağını güman edən türk polisi həmin şəxsə qarşı atəş açıb. Təqsirli bilinən şəxsin yaralandığı üçün xəstəxanaya yerləşdirildiyi bildirilir. Onun kimliyi isə hələ ki, gizli saxlanılır. Bu arada Türkiyə baş nazirinin müşaviri Yusif Yerkel üzərində bomba olduğu iddia edilən şəxsin güllə ilə vurulmadığını bildirib. Türkiyənin Daxili İşlər Nazirliyi isə qeyd edib ki, ortada canlı bomba deyə bir şey olmayıb.

Bu barədə danışan Türkiyənin daxili işlər naziri Muəmmər Gülər söyləyib ki, şübhəli şəxsin psixoloji problemləri var. Yeri gəlmişkən nazir açıqlamasında təqsirli bilinən şəxsin kimliyini də açıqlayıb. Məlum olub ki, həmin adam türk vətəndaşı Toğrul Bayırdır.

    Aqşin Kərimov  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır