Modern.az

İran səfirliyi Bakıda tutulan Həsən Fərəci ilə bağlı açıqlama verdi

İran səfirliyi Bakıda tutulan Həsən Fərəci ilə bağlı açıqlama verdi

21 Noyabr 2013, 17:45

İranın Azərbaycandakı Səfir liyi Bakıda tutulan iranlı Həsən Fərəci ilə bağlı açıqlama verib.  Modern.az-ın məlumatına görə, səfirin müşaviri Seyid Əli Musəvinin sözlərinə görə,  noyabrın 20-də İranın Azərbaycandakı Səfirliyinin nümayəndəsi Bakıda həbs olunmuş İran vətəndaşı Həsən Fərəci ilə görüşüb:

“Azərbaycanın aidiyyəti rəsmiləri İsrailin Bakıdakı səfirliyinin önündən keçdiyinə görə əsassız ittihamla saxlanılan İran vətəndaşı Həsən Fərəci ilə konsulluq əməkdaşlarının görüşünün təşkili ilə bağlı müraciətini müsbət cavablandırıblar. Həsən Fərəci İranın konsulu cənab Seyid Möhsen Mövlayi ilə görüşündə özünə qarşı irəli sürülən ittihamları rədd edib. O bildirib ki, istintaq prosesi başa çatıb və ümidvardır ki, onun günahsızlığı Azərbaycan rəsmiləri üçün artıq sübuta yetirilib. O həmçinin sağlıq durumunun yaxşı olduğunu ailəsinə çatdırılmasını istəyib”.

Seyid Əli Musəvi Azərbaycan rəsmilərinə bu görüşə imkan yaratdıqlarına görə səfirliyin təşəkkürünü çatdırıb.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır