Modern.az

“Bakcell” nazirin endirim təklifini dəstəklədi

“Bakcell” nazirin endirim təklifini dəstəklədi

Təhsil

18 Aprel 2014, 16:26


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov mobil operatorların danışıq tariflərini aşağı salmaları ilə bağlı operatorlara xəbərdarlıq edib. Nazir mobil operatorların danışıq qiymətlərini aşağı salmadığı təqdirdə onlasrın buna məcbur ediləcəyini dilə gətirib. Ə.Abbasovun sözlərinə görə, bu Nazirlər Kabinetinin və Tarif Şurasının məsələ ilə bağlı apardığı qaydalara uyğun həyata keçirilir. Hətta nazir xəbərdarlıq edərək mobil operatorların danışıq tariflərini aşağı salmayacaqları təqdirdə onların qanuna uyğun olaraq aralarında trafik mübadiləsinin qiymətlərinin bizim qoyduğumuz qaydalara uyğunlaşması üçün onları məcbur edəcəklərini söylədi.

Nazirin bu xəbərdarlığından sonra “Bakcell” mobil operatoru danışıq tariflərini aşağı salmaq haqqında razılığa gəlib. Şirkətin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, “Bakcell” bazarda ən sərfəli qiymətlər təqdim edir. “Arabağlantı tariflərinin simmetrik əsaslarla azaldılmasını dəstəkləyirik. Hazırda bu istiqamətdə müzakirələr aparırıq və inanırıq ki, bu məsələ yaxın zamanda öz həllini tapacaq”.

 

Gültəkin Ələsgər

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü