Modern.az

Həmsədrlər Bakıda Dağlıq Qarabağın Azərbaycanlı icması ilə görüşəcək

Həmsədrlər Bakıda Dağlıq Qarabağın Azərbaycanlı  icması ilə görüşəcək

15 May 2014, 16:25


ATƏT-in Minsk Qrupunun həmsədrlərin sabahdan etibarən Cənubi Qafqaz regionuna səfər edəcək. Həmsədrlərin may ayının 19-da Bakıya gələcəyi gözlənilir.

Diplomatik mənbələrdən Modern.az saytına verilən məlumata görə Minsk Qrupunun həmsədrləri səfər çərçivəsində Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə də görüş keçirəcək.

Görüşdə Qarabağ münaqişəsinin həlli və icmalararası görüşlərin sürərtləndirilməsi ilə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, həmsədrlər Azərbaycanın işğal altında olan torpaqlarına da gedəcəklər.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı