Modern.az

Türkiyə Qəzetçilər Federasiyasının sədri Bakıya gəlir

Türkiyə Qəzetçilər Federasiyasının sədri Bakıya gəlir

29 İyun 2010, 14:45

Türkiyə Qəzetçilər Federasiyasının (TGF) sədri Atilla Sertelin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gələcək. Bu barədə Modern.az-a Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı məlumat verib. O qeyd edib ki, PJB-nin dəvəti ilə baş tutacaq səfərdə məqsəd TGF ilə Azərbaycan mediasının əlaqələrini daha da gücləndirməkdir: “Türkiyəli həmkarlarımızın Azərbaycana səfəri mətbuatımızın 135 illiyinə təsadüf edəcək.  Biz də fürsətdən istifadə edib, türkiyəli jurnalistlərə Azərbaycan mediasının tarixi, müasir durumu və görülən işlərlə bağlı məlumat verəcəyik. Bundan başqa həmkarlarımızı Azərbaycanın bölgələri ilə də tanış edəcəyik”.

E.Eyvazlı onu da vurğulayıb ki, məhz PJB ilə TGF  arasında əldə olunan razılaşmaya əsasən 2010-cu il Türkiyə mətbuatı üçün “Qarabağ ili” elan olunub və  indiyə qədər Türkiyənin Ankara, İzmir də daxil olmaqla 10-dan artıq bölgəsində “Ermənlərin Azərbaycanfda törətdikləri soyqırım fotolarda” adlı sərgi keçirilib.

“TGF rəhbərliyi bu ilin sonuna qədər Türkiyənin əksər bölgəsində bu sərgini keçirməyi planlaşdırır. Türkiyəli jurnalistlər Azərbaycan həqiqətlərini yalnız Türkiyə mətbuatında deyil, dünyanın ayrı-ayrı ölkələrinin mətbuatında dərc etmək üçün də çalışacaqlarını bildiriblər”. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?