Modern.az

“ATV İnternational” fəaliyyətə başlayıb

“ATV İnternational”  fəaliyyətə başlayıb

5 Oktyabr 2009, 11:43

Oktyabrın 5-də Azərbaycanın ilk beynəlxalq televiziyası olan “ATV İnternational” (“ATV İnt”) kanalı fəaliyyətə başlayıb. ATV-nin “Xəbərlər” departamentinin baş redaktoru Vaqif Aydınoğlu Modern.az-a bildirib ki,  “ATV İnt” 4 dildə - erməni, fars, ingilis və rus dillərində xəbər yayımlayacaq. Xəbərlər buraxılışları gündə iki dəfə, hər dil üçün 12-15 dəqiqəlik xəbər vaxtı ilə efirə çıxacaq. Baş redaktor erməni və s. dillərdə yayımlanacaq xəbərlərdə  Azərbaycan reallıqlarının işıqlandırılacağını bildirib: “Kanal Almaniya və ABŞ-dan gətirlimiş ən müasir texniki avadanlıqlarla təmin olunub.Xəbər buraxılışları hər gün, gündə iki dəfə olmaqla efirə veriləcək. Televiziyaya da digər Azərbaycan kanalları kimi “Türksat-3A”-da baxmaq mümkün olacaq. Xatırladaq ki, “ATV İnternational” kanalına birbaşa peyk yayımı üçün xüsusi razılıq ( lisenziya ) Milli Televiziya və Radio Şurasının qərarına əsasən, altı il müddətinə verilib. Yeni kanalda Azərbaycanın mədəniyyəti, tarixi və təbiəti haqqında verilişlər yayımlanacaq. Eyni zamanda bir neçə xarici dildə filmlər, maarifləndirici verilişlərin yayımlanması nəzərdə tutulur.

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir