Modern.az

Dövlət Neft Şirkətindən açıqlama: "Qəzada itkin düşən 4 nəfərdən 3-nün cəsədi tapılıb" - YENİLƏNİB

Dövlət Neft Şirkətindən açıqlama: "Qəzada itkin düşən 4 nəfərdən 3-nün cəsədi tapılıb" - YENİLƏNİB

İqtisadiyyat

23 Oktyabr 2014, 18:05

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) neft meydançasında baş verən qəza ilə bağlı növbəti məlumat yayıb. ARDNŞ-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, oktyabrın 23-də saat 12.00 radələrində “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib. Uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb, meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılıb və yanğın baş verib. Saat 12.45 radələrində yanğın söndürülüb.

Uçqun zamanı ərazidə cəmi 41 nəfər işçi olub. Hadisə baş verəndən dərhal sonra qəza xilasetmə briqadası tərəfindən görülən operativ tədbirlər nəticəsində 37 nəfər ərazidən çıxarılaraq “Orion-15” və “PSK-52” gəmiləri vasitəsi ilə sahilə gətirilib.

“İşçilərin arasında müxtəlif səviyyəli xəsarət alan şəxslərə lazımi tibbi yardım göstərilir. Hazırda dənizə düşməsi ehtimal olunan 4 nəfərin axtarışı davam etdirilir. Nəticə barədə əlavə məlumat veriləcək”-deyə ARDNŞ-nin məlumatında bildirlib.

Hadisənin araşdırılması məqsədi ilə xüsusi komissiya yaradılıb.

***

ARDNŞ-nin və FHN-in birgə məlumatına görə, N.Nərimanov adına NQÇİ-də baş vermiş qəza nəticəsində itkin düşmüş 4 nəfər işçidən 3-nün cəsədi hadisə yerindən 2 kilometr aralıda ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq, sahilə çıxarlıb. İtkin düşmüş 1 nəfərin axtarışı isə xilasedicilər tərəfindən davam etdirilir.
Nəticə barədə əlavə məlumat veriləcəkdir.


Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok