Modern.az

Müxalifət Saakaşviliyə qarşı aksiyalara hazırlaşır

Müxalifət Saakaşviliyə qarşı aksiyalara hazırlaşır

23 Avqust 2010, 14:55

Gürcüstan parlamentinin keçmiş spikeri, “Vahid Gürcüstan” Demokratik Hərəkatı”nın lideri  Nino Bürcanadze prezidentliyə namizədliyini verəcəyini bəyan edib. “Payızda Ümümxalq Qurultayı çağrılacaq və bu yığıncaq Saakaşvilinin istefasını və yeni seçkilərin keçirilməsini tələb edəcək”- deyə Burcanadze Nyusinfo portalına bildirib. Müxalifət lideri bildirib ki, sülh yolu ilə Saakaşvilinin istefasına nail olmaq lazımdır. Bu yeni rəhbərlik seçmək imkanı yaradacaq və yeni iqtidar ölkəin problemlərini həllinə başlayacaq.  Keçmiş spiker bildirib ki, Saakaşbili hakimiyyətdə qaldıqca “həmişə müharibə təhlükəsi var”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir