Modern.az

İŞİD Suriyada 13 sünni tayfa üzvünü edam edib - VİDEO

İŞİD Suriyada 13 sünni tayfa üzvünü edam edib - VİDEO

Təhsil

3 Yanvar 2015, 15:37

Suriyada terror təşkilatı “İraq Şam İslam Dövləti” (İŞİD) 13 nəfəri edam edib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD nəzarətindəki Rakka şəhərində 13 sünni qəbilə üzvünü Əsəd rejimi ilə əməkdaşlıq etmək və dinc yaşayış yerlərində bombalı avtomobil partlatmaqda günahlandıraraq növbəti tükürpədən edam həyata keçirib.

Təşkilatın sosial şəbəkədə paylaşdığı görüntülərdə İŞİD tərəfindən həbs olunan 13 suriyalı gənc kamera qarşısına keçərək bir-bir ad və yaşayış ünvanlarını söyləyir. Görüntülərin davamında kamera qarşısına keçən üzü maskalı bir İŞİD yaraqlısı çıxışında belə deyir:
“İŞİD-ə aid kəşfiyyat şöbəsi Rakka şəhərinin qərbində Əsəd rejiminə işləyən 13 nəfərlik şəbəkəni uğurla dağıtdı, gördüyünüz bu xainlər İŞİD-ə qatılmaq məqsədilə Suriyaya gələn əcnəbi mücahid qardaşlarımızı qaçırdıqdan sonra pul qarşılığında Əsəd rejiminə verirdi, həmçinin Tabka şəhərində 2 bomba yüklü avtomobil göndərərək birini partlatdılar, ikincisi sürücüsüylə birlikdə ələ keçirildi”.

Daha sonra maşınla birlikdə yaxalanan şəxs İŞİD-ə qarşı törətdikləri hərəkətləri bildirir. Görüntülərin son bölümündə İŞİD yaraqlıları əli və gözü bağlı yalın ayaq 13 nəfəri Rakka şəhərinin böyük bir ərazisində xalqın gözü qarşısında başlarına güllə sıxaraq edamı həyata keçirir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır