Arxiv
30 Avqust 2010, 18:24 | QARABAĞ
Mətbuat Şurası və ATƏT-in Bakı ofisinin birgə iclası olub


Bu gün Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisinin birgə layihəsi əsasında yaradılan işçi qrupunun iclası keçirilib. Bu il avqustun 12-də yaradılan qrupun başlıca məqsədi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına əlavə və dəyişiliklərlə bağlı avropalı ekspertlər tərəfindən irəli sürülən tövsiyyələrin nəzərdən keçirilməsi və yekun müzakirəyə çıxarılmasıdır. Qrupun tərkibinə MŞ İdarə Heyətinin üzvləri, ATƏT-in Bakı ofisinin təmsilçisi və ölkənin tanınan, ictimai fikrə təsir göstərən KİV-lərinin rəhbərləri və media ekspertləri daxildir.

İclası MŞ sədri Əflatun Amaşov açaraq ötən müddətdə layihə çərçivəsində həyata keçirilən işlər barədə məlumat verib. Onun sözlərinə görə, qrup üzvlərinin təhlilləri və irəli sürdükləri fikirlər AJPDQ-nın daha təkmil variantının yekun müzakirəyə çıxarılması baxımından əhəmiyyətlidir.

İclasda AJPDQ-nın əsasən «İnformasiya qaynaqlarına sayğılı yanaşma», «Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı» və «Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması» prinsiplərinin bəndlərinə irəli sürülən əlavə və düzəlişlər müzakirə olunub. Bildirilib ki, sənədin yekun variantında təqsirsizlik prezumpsiyası, ictimai fiqurların tənqidi, yeniyetmə və gənclərlə bağlı məqamların işıqlandırılması və digər həssas məsələlərə xüsusi diqqət yetirilməlidir.

Qeyd edək ki, Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə birgə layihəsi Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının təkmilləşdirilməsini və paralel olaraq diffamasiya haqqında qanunun qəbulunun sürətləndirilməsini nəzərdə tutur. Bu ilin martından reallaşdırılan layihə çərçivəsində sentyabr ayında beynəlxalq konfransın təşkili də planlaşdırılır.

Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda koronavirusla mübarizə üçün yetərincə tibbi ləvazimət var - Əli Əsədov 9 Aprel 2020, 11:50 Mərkəzi Bankın sədri kreditlərin aqibətindən DANIŞDI 9 Aprel 2020, 11:46 Yeni doğlumuş körpə COVİD-19-dan öldü 9 Aprel 2020, 11:45 Nazirlər Kabineti Milli Məclislə uzlaşdırılmış fəaliyyət göstərir - Baş Nazir 9 Aprel 2020, 11:40 Ermənistanda koronavirusa yoluxanların və ölənlərin sayı ARTDI 9 Aprel 2020, 11:38 Əli Əsədov kadr islahatlarından DANIŞDI 9 Aprel 2020, 11:32 Parlamentdə Baş Nazirin videohesabatı dinlənilir 9 Aprel 2020, 11:26 Milli Məclis Elman Rüstəmovu Mərkəzi Banka üzv təyin etdi 9 Aprel 2020, 11:21 “Koronaviruslu xəstə Qarabağa qəsdən göndərilib” – Paşinyana AĞIR İTTİHAM 9 Aprel 2020, 11:19 Azərbaycanda evdən çıxışına qadağa qoyulan qadınlar kişilərdən çoxdur 9 Aprel 2020, 11:15 Deputatlar həkimləri ayaq üstə alqışladılar 9 Aprel 2020, 11:14 Mərkəzi Bankı Vahid Nəzarət və Monitorinq Sistemi yaradır 9 Aprel 2020, 11:10 Milli Məclis toplaşdı 9 Aprel 2020, 11:05 Ukraynada koronavirusdan ölənlərin sayı artdı 9 Aprel 2020, 11:00 İcra başçısı ehtiyacı olanlara ərzaq yardımı edib - Foto 9 Aprel 2020, 10:54 Səudiyyə Ərəbistanının şahzadələri koronavirusa yoluxdu 9 Aprel 2020, 10:48 Gəncədə pandemiya ilə bağlı bütün zəruri tədbirlər davam etdirilir - FOTO 9 Aprel 2020, 10:42 TƏBİB yenidən qan donorlarına müraciət etdi 9 Aprel 2020, 10:36 Yasamal sakinlərinə qida sovqatları paylanıldı - FOTO 9 Aprel 2020, 10:30 ““Neft Fondunun bütün pulunu əhaliyə paylayaq” deyənlər ölkənin süqutunu istəyənlərdir” - Nazir 9 Aprel 2020, 10:24 “Azərişıq”dan işıqpulu borcları ilə bağlı AÇIQLAMA   9 Aprel 2020, 10:18 Koronavirusun dünya iqtisadiyyatına vuracağı zərərin MƏBLƏĞİ 9 Aprel 2020, 10:12 Sahil Babayev bu gündən 190 manatın veriləcəyini AÇIQLADI 9 Aprel 2020, 10:06 “Azərpoçt” MMC vətəndaşlara səyyar xidmət göstərir - FOTO 9 Aprel 2020, 10:00 Karantin qaydalarını pozan sürücülərin sayı AÇIQLANDI 9 Aprel 2020, 09:54 Bakıda havanın keyfiyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşıb 9 Aprel 2020, 09:48 Dünyanın koronavirus statistikası  - 330 min nəfər sağalıb 9 Aprel 2020, 09:42 Cəbhədə gərginlik artıb - düşmən aktivləşib 9 Aprel 2020, 09:36 Bu rayonlar üzrə pensiyaların ödənilməsinə BAŞLANILDI 9 Aprel 2020, 09:30 “İsmayıl”ın “Fəryad”inda sönən CEYHUN 9 Aprel 2020, 09:28 Karantin rejimini pozan şəxsdə narkotik vasitə aşkarlandı - FOTO 9 Aprel 2020, 09:24 190 manat üçün birdəfəlik ödəmədə növbə bu rayonlarındır - QRAFİK 9 Aprel 2020, 09:18 Dolların bu günə olan rəsmi məzənnəsi   9 Aprel 2020, 09:12 Avropa İttifaqı Azərbaycana 14 milyon avro maliyyə yardımı ayırdı 9 Aprel 2020, 09:06 ABŞ-da koronavirus bir gündə 1973 can aldı  9 Aprel 2020, 09:00