Modern.az

“QHT Məktəbi” payız təlimlərinə başlayır

“QHT Məktəbi” payız təlimlərinə başlayır

Qarabağ

31 Avqust 2010, 12:45

Yaxın günlərdə Gənclər üçün Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən “QHT Məktəbi” növbəti payız təlimlərinə start verəcək.  2002-ci ildə Mərkəz tərəfindən yaradılmış “QHT Məktəbi”nin həyata keçirdiyi uzunmüddətli təlimlərin əsas məqsədi QHT nümayəndələrinin, eləcə də QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsinin artırılmasına kömək etməkdir.
Bu günədək 830 nəfərin məzun olduğu “QHT Məktəbi”nin növbəti təlim proqramında iştirak etmək istəyənlər aşağıdakı istiqamətləri seçə bilərlər:

Təlim proqramında iştirakçılara aşağıdakı mövzular tədris ediləcək:
- QHT fəlsəfəsi
- QHT-nin yaradılması və qeydiyyatı
- QHT idarətməsi və strukturun inkişafı
- QHT-də ictimaiyyətlə əlaqələrin qurulması (PR)
- QHT-də beynəlxalq əlaqələrin qurulması
- Layihə təkliflərinin hazırlanması
- Maliyyə axtarışı
- Layihələrin proqram və maliyyə idarəetməsi
- Monitorinq və qiymətləndirmə
- QHT-lərdə kargüzarlıq işinin təşkili           

Qeyd edək ki, təcrübəli təlimçilər tərəfindən keçiriləcək “QHT Məktəbi”nin payız təlimləri 2 ay davam edəcək.

Mərkəzin direktor müavini Elnur Axundov Məktəbin bu ildən etibarən pullu fəaliyyət göstərəcəyini və əvvəlki illərdən fərqli olaraq iştirakçıların əldə etdiyi biliklərin qiymətləndirilməsinin sorğu vərəqələri vasitəsi ilə deyil, xüsusi imtahan prosesi ilə keçiriləcəyini bildirib. Qeyd edib ki, yalnız bu prosesi müvəffəqiyyətlə başa vuranlara Gənclər üçün Təhsil Mərkəzinin diplomları təqdim ediləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?