Modern.az

İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib

İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib

Təhsil

31 Avqust 2010, 15:38

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.
Müqəddəs Ramazan ayı münasibətilə görüş iştirakçılarına xoş arzularını bildirən dövlət başçısı onlardan səmimi salamlarını və təbriklərini təmsil etdikləri ölkələrin dövlət və hökumət başçılarına çatdırmağı xahiş edib. Ramazan ayının dünyada yaşayan bütün müsəlmanların birliyini təcəssüm etdirdiyini vurğulayan Prezident İlham Əliyev islam ölkələri arasında dostluq və qardaşlıq münasibətlərinin, islam həmrəyliyinin daha da möhkəmləndirilməsinin vacibliyini söyləyib. Azərbaycanda müsəlman ölkələrinin səfirliklərinin sayının artmasının əhəmiyyətini qeyd edən dövlət başçısı respublikamızın da müsəlman dövlətlərində səfirliklərinin sayının getdikcə artdığını deyib.
Azərbaycan ilə İslam ölkələri arasında ikitərəfli və beynəlxalq səviyyədə uğurlu əməkdaşlıqdan danışan Prezident İlham Əliyev İslam Konfransı Təşkilatının xətti ilə Bakıda bir sıra mötəbər tədbirlərin keçirdiyini qeyd edib. Bakının 2009-cu ildə islam mədəniyyətinin paytaxtı seçildiyini diqqətə çatdıran dövlət başçısı ölkəmizin  islam həmrəyliyinə töhfələrini əsirgəmədiyini bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev problemin nizama salınması ilə bağlı islam ölkələrinin ədalətli mövqe nümayiş etdirdiklərini də deyib. Münaqişənin ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında həllinə əminliyini vurğulayan dövlətimizin başçısı bir daha beynəlxalq birliyi işğalçı Ermənistana qarşı təzyiqləri gücləndirməyə çağırıb.
Qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təmsil etdikləri ölkələrə sülh və firavanlıq arzulayan Prezident İlham Əliyev  bir daha görüş iştirakçılarına xoş arzularını  çatdırıb.
  
Özbəkistanın səfiri İsmatilla Yerqaşev müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından Prezident İlham Əliyevi və xalqımızı təbrik edib, sülh və firavanlıq arzulayıb. O, müqəddəs Ramazan ayı münasibətilə dövlət başçısı ilə görüşün ənənəvi xarakter almasının əhəmiyyətini vurğulayıb. 
Görüşdən sonra xatirə şəkli çəkdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi