Modern.az

Nemtsovun ölümü barədə 3 VERSİYA

Nemtsovun ölümü barədə 3 VERSİYA

Dünya

28 Fevral 2015, 11:49


Ötən gecə Moskvanın mərkəzində qətlə yetirilən rusiyalı siyasətçi Boris Nemtsovun ölümü ilə bağlı yerli hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda qətlin əsas 3 motivi üzərində təhqiqat aparılır.

İlk versiya Boris Nemtsovun qısqanclıq zəminində öldürülməsini irəli sürür.

“Nemtsovun öldürüldüyü an yanında olan qız Ukrayna vətəndaşıdır. Biz artıq aydınlaşdırmışıq ki, siyasətçidən hamilə qalan həmin qız abort etdirmək üçün Moskvadan İsveçrəyə uçmuşdu. Hesab edirik ki, qıza görə hansısa məişət zəminində mübahisə qətlin motivi ola bilər”, - hüquq-mühafizə orqanlarının yüksək rütbəli məmuru belə açıqlama verib.

Məlumata görə, söhbət qətlin yeganə şahidi olan model Anna Duritskoy barədə gedir. Rusiyanın hakimiyyətyönlü “Lifenews” telekanalı Duritskayanın abort xərclərini də Nemtsovun ödədiyini ididia edir.


Bundan başqa, istintaqçılar guya siyasətçinin xarici sponsorlarından aldığı pulların da qətlə səbəb ola biləcəyini 2-ci versiya kimi irəli sürürlər.

“Boris Nemtov tez-tez Ukraynaya gedirdi və Rusiya hakimiyyətini devirməyi planlaşdıran “müharibə partiyası” adlı təşkilatın üzvləri ilə danışıqlar aparırdı. Onlar Rusiyada sabitliyi pozmaq üçün Nemtsova maliyyə ayıra bilərdilər. Lakin siyasətçinin nəticə əldə edə bilmədiyini görüb, sadəcə onu aradan götürə bilədilər”, - bunu istintaq komissiyasının üzvü ehtimal edir.

3-cü versiya isə Boris Nemtsovun siyasi motivlərlə qətlə yetirildiyini ortaya qoyur.

“Qətlin məqsədi hazırki hakimiyyətin reputasiyasına zərbə vurmaq üçün təşkil edilən təxribat da ola bilər. Ola bilsin ki, daxili və xarici opponentlər Nemtsovu Rusiyada vəziyyəti nəzarətdən çıxartmaq üçün uyğun “qurban” seçiblər”, - daha bir versiya irəli sürülür.

Ötən gecə Moskvanın mərkəzindəki Böyük Moskvoretski körpüsündə 55 yaşlı Boris Nemtsov naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Avtomobillə hərətək edən cinayətkarlar siyasətçiyə 6 dəfə atəş açıblar. 4 güllə yarası alan siyasətçi yerindəcə keçinib. O, bazar günü Rusiya müxalifətinin keçirməyi planlaşdırdığı “Yaz” marşının təşkilatçısı idi.


Modern.az   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır