Modern.az

İranlı general Səddam Hüseynin şəhərini İŞİD-dən azad edir

İranlı general Səddam Hüseynin şəhərini İŞİD-dən azad edir

Dünya

7 Mart 2015, 15:38


General Qasım Süleymani İraqda Tikrit şəhərinin geri alınmasında mühüm əməliyyatın təşkili və planlaşdırılmasına başçılıq edir.

Modern.az-ın məlumatına görə, bu gün Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) Peşmərgə məsulu Mustafa Çavreş İraqın Tikrit şəhərinin İŞİD-dən azad edilmə əməliyyatına İran Xüsusi Qüvvələr komandiri Qasım Süleymaninin başçılıq etməsi haqqında xəbər verib.

"Əvvəllər QasımSüleymani ilə bir çox yığıncağa qatıldıq. Süleymani Mahmur mahalının qurtarılmasında da əhəmiyyətli rol oynayıb. Son üç gündür Tikritdə İŞİD-ə qarşı həyata keçirilən əməliyyatı Süleymani idarə edir..."- deyə Çavreş bildirib.

Xatırladaq ki, Tikrit şəhəri Dəclə çayının sol sahilində yüksək strateji əhəmiyyətə malik olmaqla yanaşı, Bağdad və Mosul arasında ən böyük və ən əhəmiyyətli şəhər hesab olunur. 2014-cü ildə İŞİD-in əlinə keçən şəhərdə bir neçə ay bundan öncə kəşfiyyat məlumatlarının toplanmasından sonra 2015-ci ilin mart ayından əməliyyatlara başlanıb. Tikrit İraqın edam olunmuş prezidenti Səddam Hüseynin doğma şəhəridir.



Şahin Qocayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi