Modern.az

Taleh Ziyadov yeni yaradılan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”na baş direktor təyin edildi

Taleh Ziyadov yeni yaradılan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”na baş direktor təyin edildi

Təhsil

18 Mart 2015, 19:50


Prezident İlham Əliyev bu gün “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncama görə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus və Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququna malik olan “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti  yaradılıb

Prezident İlham Əliyevin digər sərəncamı ilə Taleh Məhəmməd oğlu Ziyadov “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru təyin edilib.

Modern.az-ın məlumatına görə, Taleh Ziyadov bu təyinatadək ləğv olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru vəzifəsində çalışırdı. O, həmin vəzifəyə 2014-cü ilin 18 noyabrında təyin edilmişdi.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir