Modern.az

Böyük Seva da Əli Kərimlinin namizəd olduğu dairəyə gəldi

Böyük Seva da Əli Kərimlinin namizəd olduğu dairəyə gəldi

7 Oktyabr 2010, 12:17

31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa iddialı tanınmış simaların sayı artıb. İctimaiyyətə artıq məlumdur ki, AXCP sədri Əli Kərimli, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev, deputat Əhəd Abıyev, mərhum Elçibəyin qardaşı oğlu Hürrü Əliyev, Milli Dirçəliş Hərəkatının rəhbəri Fərəc Quliyev, Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturan bu dairədən namizədliyini irəli sürüb.

Modern.az-ın məlumatına görə, bu dairədən deputatlığa iddia edənlərdən biri də ANS-ÇM Yayım və Media Şirkətinin baş direktoru Sevda Həsənovadır. ANS-də Böyük Seva adı ilə tanınan S.Həsənova namizədliyini özü irəli sürüb. O, bitərəf olaraq oktyabrın 4-də DSK-dan imza vərəqələri götürüb.    

Sevda Həsənova 1970-ci ildə Laçında anadan olub. 1994-dən ANS-ÇM və ANS TV-də müxtəlif vəzifələrdə çalışıb. “ANS-Press Nəşriyyat Evi” MMC-nin Baş Direktoru, anspress.com internet portalında Azərbaycan bölməsinin redaktoru, ANS-in "Hesabat" jurnalının xüsusi icmalçısı olub.
2009-cu ilin oktyabr ayından ANS-ÇM Yayım və Media Şirkətinin baş direktorudur.
ANS Şirkətlər Qrupu MMC-nin Direktorlar Şurasının üzvüdür.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir