Modern.az

Ombudsman və deputat hərbi hissədə andiçmə mərasiminə qatılıblar

Ombudsman və deputat hərbi hissədə andiçmə mərasiminə qatılıblar

Təhsil

15 Noyabr 2010, 11:08

Ombudsman Elmira Süleymanova və millət vəkili Qənirə Paşayeva Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə olublar. Onlar əsgərlərin and içmə mərasimində iştirak edərək onlara təbriklərini çatdırıblar.
Ombudsman Elmira Süleymanova əsgərlər qarşısında çıxış edərək onları Qurban bayramı münasibəti ilə təbrik edib. O, bildirib ki, müqəddəs bayramla yanaşı bizə əziz olan andiçmə mərasimi də bu gün keçirilir.
 
"Son illər respublikamızda ordu quruculuğu sahəsində çox böyük işlər aparılır. 20 faizədək torpağı işğal olunan, bir milyona yaxın qaçqın və məcburi köçkünü olan bir respublika üçün ordu quruculuğu çox vacibdir. Mən bu gün burda yüksək hazırlığa malık Azərbaycan ordusunu görürəm. Bu bizim qəlbimizə bir inam toxumu səpir ki, qələbə günü uzaqda deyil. Bu gün gənc əsgərlər bizim qarşımızda, Azərbaycan xalqının qarşısında vətənə sadıq olacaqlarına and içdilər. Biz də öz növbəmizdə həmişə onlara dəstək olmalıyıq"- deyə Ombudsman bildirib.
Elmira Süleymanova həmçinin gənc əsgərlərə son tariximizin ən şərəfli səhifələrindən olan anlardan danışıb.

Millət vəkili Qənirə Paşayevada müsəlman aləminin ən müqəddəs bayramı olan Qurban bayramı münasibəti ilə əsgərləri, valideynləri və bütün Azərbaycan xalqının təbrik edərək xalqımıza uğur və qələbə arzuladı. O, qeyd edib ki, həmişə olduğu kimi bu gün də müqəddəs bayramı əsgərlərlə keçirmək cox şərəfli bir işdir.

"Bizim vətəndaşlıq borcumuzdur ki, bayramı ailəsindən uzaq olan, vətəninin sərhədlərini, ön cəbhəni düşmənlərdən qoruyan əsgərlərlə bayramları qeyd edək. Ali baş komandanında biz ziyalılara və millət vəkillərinə çağırışı məhz ondan ibarətdir ki, bütün əziz günlərdə əsgərlərimizin yanında olaq və bayramları onlarla bir yerdə keçirək. Hərbiçilərimizin yanında olmaq onlara yüksək ruh verir, onlar daim diqqət və qayğı ilə əhatə olunduqlarını hiss edirlər"- deyə millət vəkili bildirdi.

Qənirə Paşayeva gənc əsgərlərin valideynlərini övladlarının hərbi andiçmələri münasibəti ilə təbrik edərək bildirib ki, bu hər bir valideynin həyatında ən önəmli andır.

Tədbirdə həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun əmisi Fazil İbrahimov çıxış edərək qardaşı oğlunun qəhrəmanlığından danışdı və bütün əsgərlərə onun kimi igid və cəsarətli olmağı arzulayıb.

Ombudsman Elmira Süleymanova və millət vəkili Qənirə Paşayeva gənc əsgərlərə və qulluqda fərqlənən hərbiçilərə hədiyyələr təqdim ediblər.

Daha sonra isə əsgərlər nümunəvi çıxış edərək bacarıqlarını göstəriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?