Arxiv
15 Noyabr 2010, 12:05 | İQTİSADİYYAT
Rənglərin insan həyatındakı rolu: hərənin öz rəngi var...

Rənglərin insan həyatı və psixologiyası, fiziologiyasına özünəməxsus təsiri var. Biz rənglər aləmində yaşadığımızdan hər birimizin də sevimli və sevmədiyimiz rəngi var.
Elmi araşdırmalar sübut edib ki, insan görmə orqanı vasitəsilə 180-dək rəng tonunu və onların 10000-dən artıq rəng çalarlarını fərqləndirməyə qabildir. Hər bir rəngin özünəməxsus xüsusiyyətləri var və onlar barədə bilmək çox maraqlıdır. İnsan hansısa rəngin təsirindən xəstələnə və ya sağala, uğur qazana və ya uduza bilər.

Sübut olunub ki, qadın və kişilərin rəngləri qavramasında fərq mövcuddur. Qeyd edək ki, rənglər və onların xüsusiyyətləri haqqında ayrıca elm sahəsi də var və koloristika adlanır.

Psixoloqların fikrincə, rəng informasiyanın ən mühüm növlərindən biridir. Aparılan tədqiqatlardan sonra alimlər belə qənaətə gəliblər ki, insanın bu və ya digər rəngi seçməsi şəxsiyyətin milli və fərdi xüsusiyyətindən asılıdır. Bu və ya digər rəngə üstünlük vermək müəyyən anda insanların malik olduğu gizli xüsusiyyətləri əks etdirir. Sübut olunub ki, rəng seçimi zamanı insan bunu yaşına və cinsinə uyğun arqumentlərlə əsaslandırır. Rənglərin dəyişməsi və harmoniyası insanlar üçün zəruridir.

Alimlər hansı rəngə üstünlük verməsindən və həmin rənglərin xarakteristikasından istifadə edərək insanların sağlamlığı barədə diaqnostik fikirlər irəli sürüblər. Bu baxımdan, içveçrəli psixoloq Lüşerin tətbiq etdiyi testlərin qeyd etmək yerinə düşər.

Avropada həkimlər həmin testlərdən yardımçı diaqnostik vasitə kimi geniş istifadə edirlər. Yoxlanılan adamlara səkkiz ədəd rəngli kart təqdim olunur. Hər kartın arxasında əvvəlcədən nəzərdə tutulmuş rəqəm (1-dən 8-ə qədər) qeyd edilir. Yoxlanılan adamlara belə təlimat verilir: «Bu rənglərə diqqətlə baxın. Daha çox xoşladığınız rəngli kartı kənara qoyun». Bu yolla bütün rənglər ardıcıl seçilir. Kartın arxasındakı rəqəmlər seçilmiş ardıcıllıqla yazılır. Sonra ikinci dəfə həmin kartlar qarışdırılır, eyni proses yenidən təkrar edilir, seçilmiş rənglərin sıra nömrəsi qeyd edilir. Bu yolla  insanın psixofizioloji imkanları aşkara çıxarılır.

Hər bir rəng insan əhval-ruhiyyəsinə müəyyən təsir göstərir. Bəzi rənglər sinir sisteminə qıcıqlandırıcı təsir göstərdiyi, güclü oyanma yaratdığı halda, digərləri əksinə, sinir sistemini sakitləşdirir. Bu səbəbdən də rənglərin insan psixologiyasına təsiri iki yerə ayrılır. Bu təsirlərdən birincisi qıcıqlandırıcı, ruhlandırıcı, canlandırıcı, ikincisi isə qəmginlik gətirən, narahatlıq yaradan kimi xarakterizə olunur. Məsələn, müəyyən müddət ərzində təmiz qırmızı rəngə baxan insanın qan təzyiqi yüksəlir, tənəffüs və ürək döyüntülərinin tezliyi artır. Təmiz göy rəngə baxan insanda isə əksinə fərqli hal müşahidə olunur, onun qan təzyiqi aşağı düşür, ürək döyüntüsü və tənəffüsü ləngiyir.
Beləliklə rənglərin xüsusiyyətlərinə baxaq.

Qırmızı - bu rəng enerji və dinamizm xüsusiyyətinə malikdir, qızışdırıcı, oyadıcır. Sevinci təmsil edir. Qırmızı canlılığı, bir işi sonuna qədər aparan əzmi və qərarı göstərir. İştah açır. Ona üstünlük verən şəxslər fəal, işgüzar, liderlik qabiliyyətlidir, seksualdır. Bu rəng cəsarətli, hökmlü, tez coşan insanların rengidir. Bununla yanaşı qırmızı rəng təziqi yüksəldir, qan dövranını sürətləndirir. Qırmızını xoşlayanlar daim diqqət mərkəzində olmağa çalışırlar. Bu rəngi sevməyən insanlarsa konflikt və davadan uzaq olub, tək qalmağı sevirlər.

Yaşıl - təbiətin rəngidir, insanda inam yaradır. Yaşıl həm də yaradıcılığı gösrərir, sakitliyi sevən insanların rəngidir. Xəstəxanalarda isə bu rəngdən rahatlıq rəmzi kimi istifadə edilir. Həmin rəngə üstünlük verən adamlar inadkardırlar, başladıqları işi axıra çatdırırlar.
Yaşıl rəngin təsiri altında qürur hissi, başqalarından üstün olmaq, öz gücünü duymaq, hadisələri qabaqlamaq və onları idarəetmək üçün real imkanlar yaranır.

Qara - gücü və bağlılığı təmsil edir. Dünyanın əksər ölkələrində qara rəng matəm rəmzi sayılır. Bu rəngi seçənlərin qarşısında hansısa problemləri durur, qara bədbinliyi təmsil edir. Qara rəngli geyimlərə üstünlük verən insanlara özünə qapalı, ciddi xarakterə malik, özündənrazı şıxslər daxildir. Qara rəng əsəbləri gərginləsdirib, enerjini tükədir.

Mavi - insana sakitlik, dinclik, rahatlıq, məmnunluq, zəiflik hissləri gətirir. Mavi rəngin təsirilə qan təzyiqi, nəbzin döyünməsi və tənəffüs zəifləyir. Xəstəlik və yorğunluq zamanı insanda bu rəngə təlabat yüksəlir. Mavi rəng həssaslığın zəifləməsinə səbəb olmaqla yanaşı, başqasının halına acımaq bacarığı, eləcə də estetik təəssürat üçün zəmin yaradır. Mavi rəngi çox vaxt sədaqət, etibar, məhəbbət simvolu hesab edirlər. Tədqiqatlar göstərir ki, mavi rəngə üstünlük verən adamlar sakit və sahmanlı olur, səliqəsizlik və kədərdən azad mühitə, əhatəyə ehtiyac hiss edirlər. Mavi həm də homoseksualistlərin simvoludur.

Bənövşəyi - qırmızı və mavinin qarışığıdır, bu rəngin çox müxtəlif yozumları var. Ona üstünlük verilməsi qeyri-standartlıq, orijinallıq göstəricisi ola bilər. Bənövşəyi həm də intihar edənlərin bəyəndiyi rəngdir. Hamilə qadınlar da bənövşəyini xoşlayırlar. Geyimlərində bu rəngə üstünlük verən insanlar romantik,emosional olub, daim axtarışdadırlar.Onlar kəşf etməyi sevib, həyatın sirlərini açmağa can atırlar. Bu rəng, bir növ, barışdırıcı rəng kimi dəyərləndirilir. Adətən, yüksək düynagörüşünə, intellektual səviyyəyə malik insanlar bənövşəyi rəngi əsas rənglərdən biri kimi qəbul edirlər.

Narıncı - insana rahatlıq gətirir, onu dincəldir. Uşaqlar da narıncı rəngi çox xoşlayırlar.

Sarı -  ümid, nikbinlik, zəka, incəlik rəngidir. Hər şeylə maraqlanan, artist əhval-ruhiyyəli (yüngül xasiyyətli) adlamlar bu rəngi sevirlər. O da maraqlıdır ki, əsəbi şəxslər də sarıya üstünlük verirlər. Sarı həm də diqqət cəkən simvoldur. Buna görə də dünyada taksilər sarı rəngdədir. Sarının digər rəmzi ayrılıqdır.

- təmizliyi və saflığı təmsil edir. Azadliği və istiqlalı bildirir. Bütün rənglərin sintezini təşkil edən ağ həm də ideal rəng hesab olunur. Bəzi olkələrdə ağ rəng paklığı, bir sıra ölkələrdə isə ölümü simvolizə edir.Ağ həm də xilaskar mənasını verir və buna görə, həkim xalatı bu rəngdə olur. Ağa üstünlük verənlər təmizliyi sevən və səliqəli insanlardır.

Boz
- boşluq, həyatın inkarı rəmzlərin özündə birləşdirir. Boz rəngin seçilməsi daxili boşluq əlamətidir. Boz neytral rəng olub, xasiyyətini gizlədən, ciddi xarakterli insanların rəngidir. Bu tip insanlar bitərəf mövqedə olub, heç kimə etibar etmirlər. Əsasən iş adamları boz rəngli kostyumlara üstünlük verirlər.

Göy
- sakitlik rəmzi olsa da, eyni zamanda güclü ehtiraslı insanların rəngidir. Onu sevən qadının hirsini tufan və burulğan kimi qələmə vermək olar. Bu rəng də geyinən insanlar emosionallığı, romantizmi, xoş xasiyyətləri ilə fərqlənir. başqalarını heyrətə gətirməyə can atırlar.

Qəhvəyi - bu rəngə insanlar fiziki narahatlıq və xəstəlik vəziyyətində daha çox meyl göstərirlər.


Fidan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İcra başçısı Qarabağ əlilinin əməliyyatı ilə bağlı tapşırıq verdi 25 Fevral 2020, 13:35 Maskalar 1 manata satılır, Nazirlik isə araşdırma aparıldığını deyir 25 Fevral 2020, 13:28 Azərbaycanda yeni siyasi partiyaya ehtiyac var – GƏNCLƏR GƏLİR 25 Fevral 2020, 13:24 İcra başçılarını qorxudan gizli kameraların yeri - Onlar pultla idarə edilir 25 Fevral 2020, 13:17 Antarktidada qırmızı qar yağdı 25 Fevral 2020, 13:05 Əbülfəs Qarayev Masallıda vətəndaşlarla görüşdü 25 Fevral 2020, 13:02 DİN polisin qətli ilə bağlı məlumat YAYDI 25 Fevral 2020, 12:57 Sabahın HAVA PROQNOZU - duman, çiskin, külək, qar 25 Fevral 2020, 12:54 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 25 Fevral 2020, 12:48 Bu gün su çərşənbəsidir - İNANCLAR   25 Fevral 2020, 12:39 Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi - koronavirusa görə 25 Fevral 2020, 12:36 Hafiz Hacıyev koronovirusa yoluxub? 25 Fevral 2020, 12:34 Bakı-Sumqayıt yolunda yük maşını çuxura düşdü - FOTO 25 Fevral 2020, 12:28 UNEC-də Xocalı soyqırımının 28-ci ildönümü qeyd olundu - FOTO 25 Fevral 2020, 12:22 Araşdırmaçı jurnalist Sarayevoda türk izi axtarır 25 Fevral 2020, 12:11 İranlıları görən kimi atəş açın! – Sərhədçilərə göstəriş 25 Fevral 2020, 12:03 Namizədliyini verən 135 nəfər YAP-dan çıxarılıb - Siyavuş Novruzov 25 Fevral 2020, 11:59 AZƏRTAC-100: Bir əsrlik yola beş fərqli zaman nöqtəsindən baxış 25 Fevral 2020, 11:53 Putin-Ərdoğan görüşünün tarixi məlum oldu 25 Fevral 2020, 11:49 İtaliya səfəri ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcək - Pərvin Kərimzadə 25 Fevral 2020, 11:48 87 prokuror vəzifəsinə təyinatla əlaqədar müsabiqə elan EDİLDİ 25 Fevral 2020, 11:38 Dünya zənginləri 1 sutkada 140 milyard dollar İTİRDİ 25 Fevral 2020, 11:28 Paytaxtda 7 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir 25 Fevral 2020, 11:27 Şəhid əsgərimiz dəfn olundu- VİDEO - YENİLƏNİB 25 Fevral 2020, 11:23 Fərəc Quliyev yenə deputatlığa namizəd olacaq   25 Fevral 2020, 11:22 Xocalıdan qaçan KÖRPƏ 25 Fevral 2020, 11:21 Ərdoğan Bakıya gəlir 25 Fevral 2020, 11:13 Ev heyvanları koronavirus daşıyıcısıdır? 25 Fevral 2020, 10:45 20 yanvar qırğının əsas baiskarlarından biri 97 yaşında öldü 25 Fevral 2020, 10:43 Xaçmaz sakini evdən samovar oğurladı - FOTO 25 Fevral 2020, 10:42 Türkiyənin səhiyyə naziri koronavirusa görə Oqtay Şirəliyevə zəng etdi 25 Fevral 2020, 10:32 Bakıda ali məktəb koronavirusa görə dezinfeksiya edildi 25 Fevral 2020, 10:21 Şəkidə ağır qol qəzası - 1 nəfər öldü, 5-i yaralandı 25 Fevral 2020, 10:17 Paytaxtın bu küçələri BAĞLANIR - Paytaxt polisi sürücülərə müraciət etdi 25 Fevral 2020, 10:12 Məhkəmə işlərinin 10-dan ən az 6-sı problemli kreditlərlə bağlıdır 25 Fevral 2020, 10:05