Modern.az

“Ekologiyanın dostları” və “Ekologiyanın düşmənləri”nin siyahısı hazırlanır

“Ekologiyanın dostları”  və  “Ekologiyanın düşmənləri”nin siyahısı hazırlanır

18 Noyabr 2010, 10:21

Yaxın  vaxtlarda “Ekologiyanın dostları”  və  “Ekologiyanın düşmənləri”nin adları məlum olacaq. Bu barədə “EKO -2010 ”Gənclər  Koalisiyasından Modern.az-a məlumat verilib. Bildirlib ki, təşkilat  ölkə ərazisində  sorğular və monitorinqlər  aparır. Koalisiyanın tərkibində komisiya yaradılıb. Komisiya sorğulardan, monitorinqlərdən və daxil olmuş digər informasiyaları araşdırır.

“EKO -2010 ”Gənclər  Koalisiyası bəyan edib ki, “Ekologiyanın dostu” Milli  Mükafatının sahibləri hər bir peşə sahibləri, hüquqi və fiziki şəxslər, siyasətçilər, sənətçilər, idmançılar ola bilər. KİV-lər də ekologiya haqqında yazdıqları məlumatlara, TV və radio verilişlərində apardıqları ekoloji maarifləndirməyə görə  mükafatlandırılacaq.

Həmçinin ekologiyamızı korlayanlar, ekoloji qaydalara  əməl etməyənlər  də  müəyyən olunacaq və onlar  “Ekologiyanın düşmənləri” adlandırılacaq!

Monitorinq və sorğuların nəticəsi olaraq Həm “Ekologiyanın dostları”nı, həm də                  “Ekologiyanın düşmənləri”nin siyahısı KİV vasitəsi ilə ictimaiyyətə çatdıracağıq.

Hər kəs öz irad və təkliflərini koalisiyanın e-mail ünvanlarına: [email protected]  [email protected]   yaza bilər  və  telefon vasitəsi ilə (012-5110554, 055-6365846)  bildirə bilər.    

Modern.az                                      

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü