Modern.az

Beynəlxalq Avrasiya Mətbuat Fondundan qaçqın və köçkünlərə yardım

Beynəlxalq Avrasiya Mətbuat Fondundan qaçqın və köçkünlərə yardım

20 Oktyabr 2009, 18:14

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ABŞ-ın “Lutheran World Relief” təşkilatı tərəfindən Azərbaycandakı qaçqın və məcburi köçkünlər üçün ayrılmış qeyri-ərzaq yardımını paylayıb. Bu barədə Modern.az-a BAMF-ın İnformasiya departamentindən məlumat verilib. Məlumata əsasən yataq dəsti, qadın, kişi və uşaq geyimləri, gigienik ləvazimatdan ibarət yardımlar əvvəlcədən nəzərdə tutulan qrafikə uyğun olaraq Tərtər və Füzuli rayonlarında paylanılıb.
Yardımlar Tərtərdə 764, Füzulidə isə (Zobucuq qəsəbəsində məcburi köçkünlər üçün  salınmış 5 yaşayış məntəqəsində) 2097 qaçqın və məcburi köçkün ailəsinə paylanılıb.
Qeyd edək ki, BAMF 15 ildən çoxdur ki, qaçqınların və məcburi köçkünlərin problemləri ilə məşğul olur. Təşkilat Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE) üzvüdür. BAMF bir təşkilat olaraq artıq üçüncü dəfədir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə bu işi həyata keçirir. Paylanma ilə bağlı xərcləri BAMF özü ödəyib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi