Modern.az

Cənubi Qafqaz dövlətləri gənclərinin Almaniya görüşündən xəbər

Cənubi Qafqaz dövlətləri gənclərinin Almaniya görüşündən xəbər

2 Sentyabr 2009, 16:49

Konrad Adenaur Fondunun layihəsi əsasında Almaniyada Cənubi Qafqaz dövlətlərinin gənc siyasətçiləri və KİV nümayəndələrinin iştirakı ilə siyasi kommunikasiyalar mövzusunda treninq seminarlar  keçirilib. 21-30 avqustu əhatə edən layihədə Azərbaycan siyasi partiyalarından Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Ramin Məmmədov iştirak edib.

Ramin Məmmədovun Modern.az-a verdiyi məlumata görə görə, treninqlərin ümumi məqsədi Cənubi Qafqaz ölkələrində fəaliyyət göstərən gənc siyasətçilər və jurnalistlər arasında fikir mübadiləsi, dialoqun aparılması, müxtəlif texnologiyaların istifadəsində təcrübələrin artırılmasıDIR: “Əsas məsələlərdən biri Cənubi Qafqazın gənc siyasətçiləri və KİV-ləri arasında ünsiyyət,  Qafqazın gələcəyi haqqında fikir mübadiləsi aparmaqdan ibarət idi. Gürcüstan tərəfdən "Bizim Gürcüstan" Azad Demokratlar İttifaqının, Birləşmiş Milli Assambleyanın Gənclər Şurasının təmsilçiləri və Ermənistan tərəfdən isə Milli Liberal Partiyası, Respublikaçılar Partiyası və Ermənistan Gənclər Şurasının nümayəndələri iştirak ediblər. Avqustun 24-də "Deutsche-Welle" telekanalında "Cənubi Qafqazda baş verən münaqişələr və münaqişələrin həllində təhlükəsizlik amili" mövzusunda tele-debat oldu. Tele-debatda çıxış edərək qeyd etdim ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında 4 qətnamə qəbul edib. Amma işğalçı Ermənistan bu sənədlərə əməl etmir. Ermənilər yanlış məlumatlar verməyə çalışsalar da, biz faktlarla onları susdurdruq. Qeyd etdim ki, əslində, indiki Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıb. Ermənistan nümayəndə heyətinə Azərbaycanın inkişafı haqqında məlumatlar verdik. Bu layihələrin reallaşmasında Gürcüstan tranzit ölkə kimi mənfəətlər qazanır. Ermənistan gəncləri başa düşürlər ki, münaqişə həll edilməyincə, Ermənistanın inkişafı baş verməyəcək».

Kəmalə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi