Modern.az

BMT: “İŞİD 2015-ci ildə neftdən 500 milyon dollar gəlir əldə edib”

BMT: “İŞİD 2015-ci ildə neftdən 500 milyon dollar gəlir əldə edib”

10 Fevral 2016, 10:30


BMT Baş katibi siyasi məsələlər üzrə müavini Ceffri Feltman İŞİD qruplaşmasının əsas maliyyə mənbəyinin neft satışı olduğunu bildirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Təhlükəsizlik Şurasında çıxış edən Feltman radikal qruplaşmanın öz gücünü effektiv şəkildə istifadə etdiyini deyib.

“İŞİDin əsas maliyyə mənbəyi neft və digər təbii sərvətlər, vergi yığımı, müsadirələr, arxeoloji abidələrin talan olunması, xaricdən gələn ianələr, girovlara görə alınan puldur”.

BMT-nin məlumatlna görə, 2015-ci ildə İŞİD neft ticarətindən 500 milyon dollar gəlir əldə edib.

Təşkilat İŞİD-dən neft alan ölkələrin sanksiya siyahısına salınacağını da deyib.

Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir